Həftəlik muğam konsertləri keçiriləcək

Fevralın 24-də "Əbədi muğam" adlı layihə çərçivəsində Bakının Şirvanşahlar Sarayında həftəlik muğam konsertlərin silsiləsinin davamı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyib.

O bildirib ki, fevralın 17-dən etibarən hər çərşənbə günü muğam konsertləri davam edəcək, silsilənin açılışı isə fevralın 24-ü xanəndə Ehtiram Hüseynovun çıxışı ilə başlayacaq. Bu dəfə layihə çərçivəsində Azərbaycanın gənc muğam ifaçılarının iştirakı nəzərdə tutulur.
Hazırda YUNESKO - Yaponiya Məqsədyönlü Fondunun keçirdiyi layihənin ikinci mərhələsində muğam səsyazma arxivlərinin bərpası, Azərbaycanın bir sıra rayonlarında muğam ustadlarının açıq dərslərinin və konsertlərinin keçirilməsi, 2010-cu ilin iyun ayında Bakıda muğam ifası üzrə yay məktəbinin təşkili də nəzərdə tutulur.



«Həftəlik muğam konsertləri keçiriləcək»   -
«Ülfət Qazeti»   -