“Kənd təsərrüfatı işçiləri günü" qeyd edilmişdir
Bu münasibətlə Hökumət Evində təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda "Kənd-Qida-İş" Hİ Federasiyasının sədri Tofiq Quliyev çıxış edərək son illərdə kənd təsərrüfatı sahəsinin inkişafı üçün dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən və onların səmərəli nəticələrindən danışmışdır. Noyabrın 1-də ölkəmizdə ilk dəfə qeyd olunan peşə gününün təsisini də bu diqqətin tərkib hissəsi kimi qiymətləndirmişdir. T.Quliyev AHİK sədri, millət vəkili S.Mehbalıyevin kənd təsərrüfatı işçilərinə təbrik məktubunu oxumuşdur. Sonda qabaqcıl kənd təsərrüfatı işçilərinə Federasiyanın Fəxri Fərmanları və pul mükafatları təqdim edilmişdir.
|