Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Aprelin 15-də … Prezident Sarayında Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Stepan Volkavetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. … Prezident Sarayında Azadlıq radiosunun prezidenti Cefri Gedmini qəbul etmişdir.
Aprelin 16-da … Prezident Sarayında ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşaviri Daniel Feytanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Aprelin 17-də … Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə dövlət qulluğunda və dövlət quruculuğu işlərində xidmətlərinə görə təltif olunduğu "İstiqlal" ordenini təqdim etmişdir. … "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalamışdır. … Prezident Sarayında Türkiyənin "Sabançı Holdinq" şirkətinin rəhbərlərindən biri və Müşahidə Şurasının üzvü Ömər Sabançını qəbul etmişdir.
|