HƏFTƏNİN RƏSMİ XRONİKASI

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

oktyabrın 29-da
Prezident sarayında Estoniyanın xarici işlər naziri Urmas Paetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Prezident sarayında bp qrupunun kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endrü İnqlisi qəbul etmişdir.

oktyabrın 30-da
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim-tədris mərkəzinin açılış mərasimində iştirak etmişdir.
… Prezident sarayında İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının sədri höccətülislam Əli Əkbərinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

oktyabrın 31-də
… Prezident sarayında Avropa Yenidənqurma və İnkişaf Bankının I vitse-prezidenti Varel Frimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

noyabrın 1-də
… Prezident sarayında Yaponiyanın öləkəmizdəki səfiri Tabahiro Abeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
… Bakı şəhərinin Əziz Əliyev və İstiqlaliyyət küçələrində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
… Prezident sarayında Portuqaliyanın sabiq prezidenti, BMT baş katibinin Sivilizasiyaların İttifaqında yüksək nümayəndəsi Jorj de Sampayonu qəbul etmişdir.
… Prezident sarayında İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.
… Prezident sarayında İslam Konfransı Gənclər Forumunun nümayəndə heyətini qəbul etmişdir.



«HƏFTƏNİN RƏSMİ XRONİKASI»   -
«Ülfət Qazeti»   -