HƏFTƏNİN RƏSMİ XRONİKASI
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV
noyabrın 5-də … Prezident Sarayında ABŞ-ın "Sülh korpusu" təşkilatının direktoru Ronald Tşetterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Prezident Sarayında Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
noyabrın 6-da … Prezident Sarayında rəsmi qarşılanma mərasimindən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. … Prezident Sarayında Türkiyə Prezidenti Abdullah Güllə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşdür. … Prezident Sarayında Türkiyə Prezidenti Abdullah Güllə strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə imzalamışdır. … Prezident Sarayında sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Türkiyə Prezidenti Abdullah Güllə birgə mətbuat konfransı keçirmişdir. … və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunda Türkiyənin dövlət başçısını və onun xanımı Hayrünnisa Gülü böyük səmimiyyətlə qarşılamışlar. … və onun xanımı Mehriban Əliyevanın adından "Gülüstan" sarayında Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisa Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.
noyabrın 7-də … və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisa Gülün şərəfinə şəxsi nahar verilmişdir.
noyabrın 8-də … Dəvəçi rayonu ərazisində Taxtakörpü su anbarının və su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. … Prezident Sarayında Polşanın iqtisadiyyat naziri, Polşa-Azərbaycan Hökumətlərarası iqtisadi komissiyasının həmsədri Pyotr Qjeqoj Voznyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
|