RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

noyabrın 19-da
… "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub göndərmişdir.
… Türkiyə-Yunanıstan Qaz Kəmərinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.
… Yunanıstanın Baş naziri Konstantinos Karamanlis ilə görüşmüşdür.
… Ədirnə şəhərində Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodmanla görüşmüşdür.
… Fransa Respublikasına səfərə gəlmişdir.
… Parisdə Fransanın "Total" Şirkətlər Qrupunun baş direktoru Kristof dü Marceri ilə görüşmüşdür.

noyabrın 20-də
… Fransa Senatının sədri Kristian Ponsölen ilə görüşmüşdür.
… Yelisey sarayında Fransa Respublikasının Prezidenti Nikola Sarkoz ilə görüşmüşdür.
… Fransa Respublikasına səfəri başa çatmışdır.

noyabrın 21-də
… Türkiyə Respublikasının Prezidenti Abdullah Güllə görüşmüşdür.
… Gürcüstana səfərə gəlmişdir.
… Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşmüşdür.
… Gürcüstanın Tetri-Skaro rayonunda-Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə iştirak etmiş və nitq söyləmişdir.

noyabrın 22-də
… "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
… Prezident Sarayında Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslanı qəbul etmişdir.
… Prezident Sarayında Macarıstanın iqtisadiyyat və nəqliyyat naziri Yanoş Kokanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Bakıda keçirilən XIII beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları-2007" sərgisinin iştirakçılarını qəbul etmişdir.
… Prezident Sarayında MDB və Baltikyanı Ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 47-ci iclasının iştirakçılarını qəbul etmişdir.



«RƏSMİ XRONİKA»   -
«Ülfət Qazeti»   -