İnsanlığa qarşı törədilmiş ən böyük cinayət
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda yaşanan dəhşətli faciədən 18 il keçir. Erməni faşizminin mənfi xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı Azərbaycanın Dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, ötən əsrdə təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Bu günlərdə Gəncə Musiqi Texnikumunun akt zalında Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş ədəbi-musiqili anım mərasimi müəllim və tələbələri, o cümlədən qonaqları xeyli mütəssir etdi. Tədbirdə tələbələrdən: - Lilpar Xəlilova, Qətibə Salmanova, Vüsalə Bağırova, Bilqeyis Quliyeva, Günay Tağıyeva, Nübar Mehdiyevanın ifasında səslənən şeirlər, bütün kollektivi torpağa, Vətənə bağlılığa, düşmənə qarşı daha güclü olmağa səslədi. Abbas ABBASOV, Gəncə Musiqi Texnikumunun müəllimi.
|