Əmək şəraiti yaxşılaşır
Deyilmişdir ki, keçən dərs ilində ilk həmkarlar ittifaqı komitələrinin bir çox məktəblərin yararsız vəziyyətdə olması barədə müraciətləri rayon rəhbərliyinə və Təhsil Nazirliyinə çatdırıldı. Müraciətdən sonra Heydər Əliyev Fondunun vəsaiti hesabına səkkiz məktəb üçün yeni bina tikilib istifadəyə verildi. Dünya Bankının maliyyəsi ilə keçən il 11, bu il isə 12 məktəb əsaslı təmir edilmişdir. Həmin məktəblərdə çalışan 1565 nəfər təhsil işçisi üçün normal, layiqli iş şəraiti yaradılmışdır. Məktəblərin bir çoxunda müasir tipli qazanxanalarla işləyən istilik sistemləri qurulmuşdur ki, bu da qış aylarında dərs rejiminin normal səviyyədə aparılmasına imkan vermişdir. Hazırda daha dörd yaşayış məntəqəsində məktəb binası tikilməkdədir. Lazımi iş şəraiti olmayan, köhnə, darısqal binalarda yerləşən, elektrik xətləri yararsız və təhlükəli vəziyyətə düşən digər təhsil müəssisələrinin Hİ komitələri və əməyin mühafizəsi komissiyaları sədrlərinin, əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin hesabatları dinlənilmiş, cari təmir və digər təhlükəsizlik işlərinin görülməsi üçün operativ tədbirlər planı hazırlanmış, onların vaxtında həyata keçirilməsindən ötrü tapşırıqlar verilmişdir.
|