Elmi-praktik konfranslar keçirilir
Federasiyanın tədbirlər planına müvafiq olaraq Yevlax, Bərdə, Qax, İmişli, Ağdaş, Salyan, Sabirabad, Saatlı rayon komitələrində, "Gəncə Alimlər evi"ndə, Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin təşkilatlarında, klub müəssisələrində "Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır" mövzusunda elmi-praktik konfranslar keçirilmişdir. Qurumun aparat rəhbəri, təşkilat və təlimat şöbəsinin müdiri Elmira Bəhmənova demişdir ki, yubiley günlərinədək Federasiyanın aparatında, digər rayon komitələrində, ilk həmkarlar ittifaqı təşkilatlarında da elmi-praktik konfransların, "Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları" mövzusunda dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda aparatın özündə Heydər Əliyevin həmkarlar ittifaqına göstərdiyi qayğı və diqqətlə əlaqədar fotostend hazırlanır.
|