İctimai nəzarət gücləndirilir

Deyilmişdir ki, il ərzində HİK-lərin nəzdində fəaliyyət göstərən əməyin mühafizəsi üzrə 68 müfəttiş tərəfindən 218 bənddən ibarət 65 təqdimat verilmiş və onların əksəriyyəti demək olar ki, öz həllini tapmışdır.
Sahə müəssisələrində üç istehsalat zədələnməsi və bir peşə xəstəlyi qeydə alınmışdır (2006-cı ildə bu rəqəm 12 olmuşdur). Ölümlə nəticələnən, qrup halında bədbəxt hadisələrə yol verilməmişdir.
"Üzvi sintez", "Sintezkauçuk", "Səthi Aktiv Maddələr", "Etilen-Polietilen" zavodlarında əməyin mühafizəsi üzrə tədbirlərə 1055,778 manat pul xərclənmişdir. Müalicə-profilaktik yeməklərə isə 455.261,2 manat vəsait ayrılmışdır.
İclasda həmçinin müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qayda və normalarına riayət olunmasında mövcud nöqsanlar da diqqətə çatdırılmışdır.



«İctimai nəzarət gücləndirilir»   -
«Ülfət Qazeti»   -