Beynəlxalq tədbirdə iştirak etmişlər
Beynəlxalq tədbirə Gürcüstan, Ukrayna, Rusiya, Azərbaycan, Moldova, Belarus, Ermənistan respublikalarından və Albaniyadan gəlmiş təhsil işçiləri, həmkarlar ittifaqı komitələrinin sədrləri və sədr müavinləri toplaşmışdılar. Seminarda həmçinin Beynəlxalq Təhsil Birliyi baş katibinin müavini Çarl Lenon, Gürcüstan Respublikasının Təhsil naziri Georgi Nodiya və başqaları iştirak etmişlər. Ölkəmiz bu seminarda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Azərbaycan Texniki Universitetinin HİK sədri Akif Cahangirovla təmsil olunmuşdur. Seminar iştirakçıları dünyada insan haqları və həmkarlar ittifaqlarının yaradılması və inkişafı yolları, həmkarlar ittifaqlarının strukturu və təşkilatlanması mexanizmi, üzvlük və maliyyə məsələləri, beynəlxalq konvensiyalara qoşulmaq, Beynəlxalq Əmək Təşkilatı ilə əlaqə, sosial dialoqun aparılması, hökumət, işəgötürən və həmkarlar ittifaqları arasında əlaqələrin möhkəmləndirilməsi və hüquqi təminat və s. məsələlər ətrafında geniş diskussiya keçirmişlər. İştirakçılar tədbirin ikinci günü qruplara bölünərək müzakirəyə çıxarılmış məsələlərlə əlaqədar fikir mübadiləsi aparmışlar. Növbəti beynəlxalq seminar bu ilin oktyabr ayında keçiriləcəkdir.
|