Əlillər yad edildi

Ombudsman Elmira Süleymanova və Respublika Komitəsinin sədri Hikmət Osmanov evin sakinlərini bayram münasibətilə təbrik etmiş və onlara xoş arzularını bildirmişlər. H. Osmanov qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev qocalara, ahıllara və əlillərə hərtərəfli diqqət və qayğı göstərməyi tövsiyə etmişdi. Bu münasibət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.
Tədbirin sonunda Respublika Komitəsi süfrə açmış, hər bir sakinə bayram sovqatı paylamışdır.



«Əlillər yad edildi»   -
«Ülfət Qazeti»   -