“Ülfət" qəzetinin əməkdaşlarına!
Bir əsrdən çox yaşı olan Azərbayjan mətbuatı həmişə ijtimai fikri özündə jəmləşdirərək, xalqımızın azadlıq və müstəqillik ideyasını, mədəniyyətini, tarixini təbliğ etməklə, milli şüurun oyanışında, maarifçiliyin inkişafında müstəsna xidmətlər göstərmişdir. Azərbayjan xalqı müstəqillik qazandıqdan sonra milli mətbuatımızın dirçəliş dövrü başlamış və onun dövlətçilik ideyalarının möhkəmlənməsində, milli adət-ənənələrimizin qorunmasında, bərqərar olmasında, habelə doğma vətənimizin dünyada öz layiqli yerini tutmasında əvəzsiz rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyevin milli mətbuatımızın inkişafı sahəsində gördüyü işlər, atdığı mühüm addımlar, uzaqgörən və jəsarətli tədbirləri nətijəsində mətbuat üzərindən senzura götürülmüş, plüralizmə geniş meydan açılmış, jəmiyyətdə söz, fikir azadlığı təmin edilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi bu kurs mətbuat işçilərinə qayğını bir daha özündə əks etdirir. Bu gün Azərbayjan həmkarlar ittifaqlarının orqanı olan "Ülfət" qəzetinin milli mətbuatımızda özünəməxsus yeri vardır. Bu qəzet şərəfli bir missiyanı yerinə yetirir. Vətəndaşların əsas hüquq və azadlıqlarının, o jümlədən sosial, əmək hüquqlarının qorunması və təbliği istiqamətində səmərəli iş aparır. İnanıram ki, bundan sonra da bu ənənə davam və inkişaf etdiriləjək, həmkarlar ittifaqı hərəkatının beynəlxalq təjrübəsi əsas götürülməklə, dəyişilən ijtimai quruluşun xarakterinə uyğun olaraq insanların əmək və sosial hüquqlarının qorunması ön plana çəkiləjək. Bir daha Milli Mətbuat Günü münasibətilə sizi təbrik edir, işinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə, AHİK-in sədri, millət vəkili S.Mehbalıyev.
|