Gənclər Günü qeyd olundu
Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filormoniyasında 2 Fevral Gənclər Günü münasibətilə musiqi və incəsənət məktəblərinin fərqlənən gənc müəlliminin konsert proqramı olmuşdur.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə keçirdikləri tədbir böyük tamaşaçı auditoriyası toplamışdı. Tədbirdə RK sədri Cəmilə Səttarova və BŞMTİ-nin rəisi Əlikram Əliyev giriş sözü söylədilər. Dedilər ki, dövlətimiz müstəqillik əldə edəndən sonra gənclərimizin intellektual, mənəvi inkişafına böyük qayğı göstərir. Artıq gənclərimizin uğurları Azərbaycanın sərhədlərindən kənarda da müşahidə edilməkdədir. Bu işdə həmkarlar ittifaqlarının da rolu əvəzsizdir. Yüksək səviyyədə keçən konsert başa çatdıqdan sonra RK sədri C.Səttarova iştirakçılara qiymətli hədiyyələr verdi. Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov iştirak edirdi.
|