“Ülfət" qəzetinin əməkdaşlarına!

Hörmətli dostlar!
Sizi 22 İyul - Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
135 illik yaşı olan Azərbaycan Milli Mətbuatı həmişə ictimai fikri özündə cəmləşdirərək xalqımızın azadlıq və müstəqillik ideyasını, mədəniyyətini, tarixini təbliğ etməklə milli şüurun, maarifçiliyin inkişafında böyük rol oynamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin imzaladıqları fərman və sərəncamlar milli mətbuatımızın hərtərəfli tərəqqisini təmin edən təsirli vasitəyə çevirmişdir. Xüsusilə "Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Sərəncamı milli mətbuatımızın inkişafı üçün, müasir jurnalistikanın mütərəqqi ənənələrə yiyələnməsi və dövrün tələblərinə uyğunlaşdırılması üçün geniş imkanlar açmışdır.
Bugünkü milli mətbuatımızın yetişdirməsi olan Azərbaycan həmkarlar ittifaqlarının orqanı "Ülfət" qəzeti informasiyaya olan ictimai tələbat, fikir və söz azadlığı kimi şərəfli missiyanı layiqincə yerinə yetirir. "Ülfət" qəzeti çətinliklərin aradan qaldırılmasında, aktual problemlərin həllində, o cümlədən vətəndaşların əsas hüquq və azadlıqlarının, sosial-iqtisadi, əmək hüquqlarının qorunması və müdafiəsindən, sosial problemlərin həllində işçilərin mənafelərinə uyğun mövqeyi ilə əhəmiyyətli rol oynayır.
Sözsüz ki, "Ülfət" qəzetində bu ənənə bundan sonra da davam etdiriləcək, həmkarlar ittifaqı hərəkatının mənafelərinə uyğun olaraq işçilərin əmək və sosial hüquqlarının qorunması ön plana çəkiləcəkdir.
Bir daha Sizi Milli Mətbuat Günü və yubileyi münasibətilə ürəkdən təbrik edir, işinizdə yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,
AHİK sədri, millət vəkili
S.Mehbalıyev.



«“Ülfət" qəzetinin əməkdaşlarına!»   -
«Ülfət Qazeti»   -