Gerçək maaşı gizlədənlərə qarşı mübarizəyə start verildi
Onu da öyrəndik ki, ölkədə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" müəyyənləşdirir. Proqramda pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi və tədricən yığım komponentinin tətbiqinə keçid nəzərdə tutulur. Bundan başqa, sənəddə pensiya islahatlarının daha da dərinləşdirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi yer alıb. Dövlət proqramında vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi, məcburi dövlət sosial sığortasının təkmilləşdirilməsi də əsas hədəflərdəndir. Eyni zamanda könüllü pensiya sığortasının inkişaf etdirilməsi də nəzərdə tutulur. Həmçinin qeyri-dövlət pensiya institutlarının formalaşdırılması, bütövlükdə sığorta-pensiya sisteminin cari ödəmə qabiliyyətinin, habelə orta və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi də sənəddə əksini tapıb. Proqrama o cümlədən sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə nail olunması, idarəetmənin tam avtomatlaşdırılması və fərdi uçot sisteminin əhatəli inkişafının təmin olunması daxildir. GÜLƏR.
|