Aprel təhlükəsizlik ayı elan olunmuşdu
“Azəriqaz" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi Əməyin Mühafizəsi Gününə özünəməxsus şəkildə hazırlaşmışdı. Komitə apreli bütünlüklə əməyin mühafizəsi və təhlükəsiz əmək ayı elan etmişdi. Ay bir çox yaddaqalan tədbirlərlə zəngin olmuşdur. Belə ki, İstehsalat Birliyinin xidmətinə daxil olan qaz-istismar sahələrində, Ağdaş, Qazax magistral qaz nəqli sahələrində əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi mövzusunda seminar keçirilmişdir.
HİK İstehsalat Birliyinin Təhlükəsizlik, Ekologiya və Keyfiyyətə Nəzarət Şöbəsi ilə birlikdə paytaxtın rayon qaz istismarı sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət olunması vəziyyətini yoxlamış, aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün əlaqədar təşkilatlara məlumat vermişdir. HİK aylığı Sumqayıtda və Bakıda keçirdiyi seminarlarla başa vurmuşdur. Aprelin 28-də paytaxtda təşkil olunmuş yekun seminara İstehsalat Birliyinin strukturlarında çalışan əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə mühəndislər, ilk HİK sədrləri dəvət edilmişdi. Bu tədbirdə ay ərzində müşahidə edilən uğurlar, təcrübələr, problemlər müzakirə olundu. Növbəti müddət üçün istiqamətlər müəyyənləşdirildi. Bütün seminarlarda və digər tədbirlərdə "Azəriqaz" İB Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak etmişdir.
|