Turində üçtərəfli beynəlxalq seminar keçirilmişdir

Seminarın işində Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri E. Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Milli Təşkilatları Konfederasiyasının şöbə müdiri Ç.Nağıyev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi F. Məmmədov təmsil etmişlər.
Seminarda Beynəlxalq Əmək Təşkilatının ekspertləri mövzu ilə bağlı beynəlxalq təcrübəyə aid məruzələr oxumuşlar. Eyni zamanda iştirakçılara beynəlxalq qanunvericilik və konvensiyalar haqqında geniş məlumat verilmişdir. İştirakçılar İtaliya təcrübəsini öyrənmək məqsədi ilə İtaliyanın ən böyük sosial sığorta şirkəti olan "İNAİL" şirkətinin fəaliyyəti ilə tanış olmuşlar.
Seminardan sonra mədəni kütləvi tədbirlər təşkil edilmişdir.
F.MƏMMƏDOV,
AHİK-in mütəxəssisi.



«Turində üçtərəfli beynəlxalq seminar keçirilmişdir»   -
«Ülfət Qazeti»   -