ƏDV bir faiz endirilə bilər

Xatırladaq ki, 2008-ci il yanvarın 1-dən ƏDV ölkənin Dövlət Xəzinəsində vahid depozit hesabına yığılır. "Biz birinci rübün nəticələrini təhlil edəcəyik, bu mexanizm səmərəli olarsa, gələn ildən ƏDV dərəcəsinin bir faiz aşağı salınması təklif olunacq. Lakin sonrakı illərdə bu məsələyə yenidən baxılacaq" - deyə F.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi sahibkarlığın inkişafına dəstək çərçivəsində hazırda 18 faiz səviyyəsində olan əlavə dəyər vergisinə dərəcənin aşağı salınmasında maraqlıdır. Aparılan araşdırmalara görə, Azərbaycan iqtisadiyyatında hazırkı vergi mühitində ƏDV-nin optimal dərəcəsi 14-15 faiz təşkil edir. Bununla əlaqədar hökumət ƏDV yığımında şəffaflığı təmin etmək üçün ƏDV-hesabın tətbiqindən sonra üç il ərzində bu verginin dərəcəsini bir faiz endirmək niyyətindədir.



«ƏDV bir faiz endirilə bilər»   -
«Ülfət Qazeti»   -