Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayının bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına müraciəti

1988-ji ilin fevralından başlamış bu qəsbkarlıq aksiyası nətijəsində minlərlə azərbayjanlı qətlə yetirilmiş, yaralanmış və əsir götürülmüşdür. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bir milyondan çox həmvətənimiz doğma yurd-yuvasını məjburən tərk edərək qaçqın və köçkün vəziyyətində yaşayır.
Azərbayjanın işğal olunmuş torpaqlarında mənəvi dəyərlərimiz, tarixi abidələrimiz, təbii sərvətlərimiz vəhşijəsinə talan və məhv edilir. 700-ə qədər şəhər və kənd, minlərlə xəstəxana, məktəb, yaşayış binaları, mədəniyyət ojağı dağıdılmış, yandırılmış, xarabaya çevrilmişdir.
Dünyanın sülhpərvər qüvvələrinin Ermənistan Respublikasını təjavüzkarlıqdan əl çəkmək, Azərbayjanın torpaqlarını özünə qaytarmaq çağırışları hələ ki, javabsız qalır. Onların atdıqları hər addım beynəlxalq hüquq normalarına ziddir. Azərbayjan Respublikası və Ermənistan rəhbərlərinin müntəzəm görüşləri hələ ki, real nətijələr vermir, erməni tərəfin bu məsələyə qeyri-konstruktiv münasibəti münaqişənin ədalətli həllinə maneçilik törədir.
Bu illər ərzində BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbayjan münaqişəsini sülh yolu ilə aradan qaldırmaq jəhdləri hələ ki, bir nətijə vermir. Həmin təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdə Azərbayjanın suverenliyinin və ərazi bütövlüyünün təsdiq edilməsinə baxmayaraq, Ermənistan onlara qeyri-jiddi münasibət göstərir. Ermənistanın bu qəsbkar siyasəti Avropa dövlətləri və xalqlarının əməkdaşlıq siyasətinə jiddi zərbədir.
Biz, Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayının nümayəndələri həmvətənlərimizin mənafeyini, haqqı və ədaləti müdafiə edərək dünya ölkələrinin həmkarlar ittifaqı təşkilatlarını və fəhlə hərəkatını ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə daha jiddi və daha təkidli təsir göstərməyə, münaqişənin həllində BMT nizamnaməsinin, ATƏT prinsiplərinin və beynəlxalq hüquq normalarının əsas götürülməsi üçün öz sözlərini deməyə çağırırıq. Dağlıq Qarabağ Azərbayjanın əzəli və əbədi torpaqlarıdır, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəjək, o heç vaxt Ermənistana birləşdirilməyəjəkdir.
Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası sülh, demokratiya, insan hüquqları və sosial tərəqqi uğrunda mübarizə aparmaqla həmişə qarşılıqlı əlaqələr qurmağa və əməkdaşlıq etməyə hazırdır.



«Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayının bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına müraciəti»   -
«Ülfət Qazeti»   -