Universiada start götürdü
Tibb Universitetinin tələbəsi Ramil Camalov 66 kq. çəkidə fəxri kürsünün ən yüksək pilləsinə sahib çıxmışdır. Digər beş çəkidə isə Nicat İsmayılov (DNA, 73 kq.), Rövşən Səfərov (DNA, 81 kq.), Kənan Nağıyev (İqtisadiyyat Universiteti, 90 kq.), Qədir Əliosmanov (Beynəlxalq Universitet, 100 kq.), Nurlan Rzayev (Beynəlxalq Universitet, 100 kq.-dan yuxarı) fərqlənmişlər. Komanda hesabında Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Beynəlxalq Universitetin yığmaları birinci, Dövlət Neft Akademiyasının təmsilçiləri ikinci, Tibb Universiteti, Polis Akademiyasının yetirmələri isə üçüncü yerləri tutmuşlar. Martın 10-da isə basketbolçu qadınlar mübarizəyə qoşulmuşlar. Tibb universitetinin idman zalında keçirilən bu yarışa sabah yekun vurulacaq. Bakı Slavyan Universitetində baş tutmuş qızlar və oğlanlar arasında stolüstü tennis qarşılaşmasında isə artıq qaliblər məlumdur. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Tibb universiteti birinci mukafata sahib çıxmışlar. Sonrakı iki mükafata layiq yerləri müvafiq olaraq Bakı Dövlət və Bakı Slavyan universitetləri tutmuşlar. "Gənclik" İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Təhsil İşçiləri Azad Hİ Respublika Komitəsinin maliyyə dəstəyi ilə baş tutan bu universiada tələbələrin Ümumdünya Universiadasına hazırlıq məqsədi daşıyır. Proqramına idmanın 10 növü daxil edilmiş universiada mayın 24-də yekunlaşacaqdır.
|