O, əsl idmançı cəsarəti nümayiş etdirdi

66 kq. çəkidə güləşən Cəbrayıl finalda əsl qəhrəmanlıq, yüksək peşəkarlıq nümayiş etdirmişdir. İran pəhləvanının təmsil etdiyi güləş məktəbinin dünya miqyasında imicinə, üstəlik doğma divarlar arasında döşəyə çıxmasına, bu ölkənin prezidentinin şəxsən tamaşaçı zalından azarkeş dəstəyi verməsinə baxmayaraq C.Həsənov onun üçün şans yeri qoymadı. İranlı güləşçini məğlub etməklə yığmamızın Dünya Kubokuna sahib olmaq imkanını qat-qat artırdı.
"Zenit"in yetirməsini, onun məşqçisi Aslan Ağayevi möhtəşəm qələbə münasibətilə təbrik edirik. Cəbrayılı qarşıda daha mühüm bir sınaq gözləyir. O, indi aprelin 29-dan Vilnüsdə start götürəcək Avropa çempionatına hazırlaşır. Gənc, istedadlı idmançımızın bu sınaqdan da üzüağ çıxacağına, Azərbaycan adlı şərəfli məmləkətin şərəfini şərəflə qoruyacağına inanırıq.
AHİTA-nın rəhbərliyi.



«O, əsl idmançı cəsarəti nümayiş etdirdi»   -
«Ülfət Qazeti»   -