Spartakiadadan spartakiadaya

Tədbiri giriş sözü ilə AHİTA-nın prezidenti Nadir Əliyev açmışdır. İdmanın, bədən tərbiyəsinin respublikamızda insanların gündəlik həyat tərzinə çevrilməsi üçün ölkə rəhbərliyinin göstərdiyi qayğıdan danışmışdır. AHİK-in bu istiqamətdə həyata keçirdiyi davamlı tədbirlər barədə geniş məlumat vermişdir. O, qalibləri konfederasiyanın sədri, millət vəkili S.Mehbalıyev və öz adından təbrik etmişdir.
Bağlanış mərasimində həmçinin Gənclər və İdman Nazirliyinin bölmə müdiri Aydın Məmmədov, "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının sədri Tofiq Xanəliyev çıxış edərək qaliblərin sevincinə şərik olduqlarını bildirmiş, onlara növbəti yarışlarda uğurlar arzulamışlar.
Sonra mükafatlandırma mərasimi olmuşdur.
Ümumi komanda hesabında ən yaxşı nəticə göstərmiş Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yığması yalnız peşəkarlardan ibarət olduğuna görə birinci yer və baş kubok Tibb Universitetinin komandasına verilmişdir. Dövlət İqtisad Universiteti ikinci, Bakı Dövlət Universiteti isə üçüncü mükafatın sahibi olmuşlar.
"Gənclik" TİC Respublika Şurasının sədri B.Feyzullayevin dediyinə görə, onun təmsil etdiyi qurumun, Gənclər və İdman Nazirliyinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birlikdə keçirdikləri bu möhtəşəm yarışın qalibləri Azərbaycanı 25-ci Ümumdünya Universiadasında təmsil edəcəklər.



«Spartakiadadan spartakiadaya»   -
«Ülfət Qazeti»   -