Spartakiada başa çatdı
Oktyabr ayının 10-da "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə start götürən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XII Respublika Spartakiadasının final mərhələsinə noyabrın 21-də yekun vurulmuşdur.
Spartakiadada Aviasiya, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Elektroenergetika və Elektrotexnika Sənayesi, Müdafiə Sənayesi İşçiləri HİRK-ləri, Metal İşçiləri Hİ Federasiyası, "Baku Stil Kompani" İşçiləri Hİ Birliyi və "Zenit" İC RŞ-nin komandaları iştirak etmişlər. Final mərhələdə 70 komanda tərkibində 378 nəfər idmanın 10 növü üzrə mübarizə aparmışdı. Komanda hesabında ən yaxşı nəticəni Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri HİRK-in yığması göstərmişdir. Metal İşçiləri Hİ Federasiyasının idmançıları ikinci, Aviasiya İşçiləri HİRK-in təmsilçiləri isə üçüncü olmuşlar. Qalibləri və ayrı-ayrı idman növlərində mükafatalayiq yerləri tutmuş idmançılar "Zenit" İC-nin diplomları və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
|