Futzala maraq böyüyür

Noyabrın 17-də Texniki Universitetin idman zalında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (TİAHİRK) "Gənclik" Tələbə İdman Cəmiyyətinin Respublika Şurası ilə dövlət ali təhsil müəssisələrinin tələbələri arasında birlikdə təşkil etdikləri futzal yarışmasının açılış mərasimi olmuşdur.
3 yarımqrup olmaqla 11 komanda mübarizəyə qoşulmuşdur. Hər yarımqrupda 1-ci və 2-ci yerləri tutmuş komandalar finala vəsiqə qazanacaqlar.
TİAHİRK sədrinin müavini Ş.Əsgərov tədbirdə çıxış etmiş, idmançıları salamlayaraq daha güclünün qalib olmasını arzulamışdır.
Oyunlar açılış günündən başlamış və noyabrın 26-dək davam edəcəkdir.
Təşkil olunmuş yarışmanın yekunu ilə bağlı son məlumatları qəzetimizin gələn sayında verəcəyik.



«Futzala maraq böyüyür»   -
«Ülfət Qazeti»   -