Qalib müəyyənləşdi

Ali təhsil müəssisələrinin tələbələri arasında noyabrın
17-də start götürmüş futzal yarışları başa çatmışdır.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birgə təşkil etdikləri bu tədbirin final mərhələsində Dövlət İqtisad və Texniki universitetlərin yığmaları qarşılaşmışlar. Gərgin keçən mübarizədə daha yüksək fiziki hazırlığa malik gələcək iqtisadçılar 3-2 hesabı ilə qalib gəlmişlər. Yarımfinalda isə uğur Gəncə Dövlət Universiteti tələbələrinin tərəfində olub. Onlar Dövlət Neft Akademiyasının futzalçılarını məğlubiyyətə uğradaraq turnirdə üçüncü yerə sahib çıxıblar.
Mükafatalayiq yerləri tutan komandalara TİAHİ RK-nın diplomları və qiymətli hədiyyələri verilmişdir.
S.RASİM.



«Qalib müəyyənləşdi»   -
«Ülfət Qazeti»   -