Əlillərin idman bayramı

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və "Spartak" KBTİC Respublika Şurasının təşkilatçılığı ilə noyabrın 28-dən dekabrın 3-nə kimi Bakının Ramana qəsəbəsində yerləşən "Gənc əlillərin əmək və istirahət evi"nin kontingenti arasında yarışlar keçirilmişdir.

Beynəlxalq Əlillər Gününə həsr olunmuş bu tədbirdə evin 70 sakini idmanın şahmat, nərd, dama, gücsınama və darts növləri üzrə gücünü sınamışdır.
Tinatin Əfəndiyeva, Asif Əliyev (şahmat), Tahirə İsmayılova, Aydın Əfəndiyev (dama), İlqar Rəhimov (gücsınama), Zadir Mahmudov (nərd), Səbinə Məmmədova və Ariz Quliyev (darts) 1-ci yerin sahibi olmuşlar.
İlk üç yeri tutan iştirakçılar RK-nın Fəxri fərmanları və müvafiq olaraq 35, 30 və 25 manat məbləğində pul ilə mükafatlandırılmışlar.
Mükafatçılar sırasına çıxa bilməyən iştirakçılara və yataq rejimində olan hər bir sakin-əlillərə də bayram münasibətilə 20 manat məbləğində pul verilmişdir.



«Əlillərin idman bayramı»   -
«Ülfət Qazeti»   -