Çempionat start götürdü

"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Respublika çempionatı keçirilir. Bu yarışlar may ayına kimi davam edəcək.

Martın 1-dən start götürən yarışlar idmanın 12 növü - dzü-do, sərbəst, Yunan-Roma güləşi, basketbol, voleybol, stolüstü tennis, həndbol, şahmat, dama, üzgüçülük, atletika və badmenton üzrə keçirilir.
Çempionatın ilk günü Milli Aviasiya Akademiyasının idman zalında keçirilmiş dzü-do üzvə yarış başa çatmışdır. Bu növdə, Naxçıvan Dövlət Universiteti də daxil olmaqla, 16 ali təhsil müəssisəsindən 120 idmançı iştirak edirdi. 7 çəki dərəcəsində Asim Xələfov (60 kq. Texniki Universitet), Orxan Hacaqalı (66 kq.), Elnur Eminov (73 kq. Dövlət Pedaqoji Universiteti), Məmməd Məmmədov (81 kq. Texniki Universitet), Kənan Nağıyev (90 kq. İqtisad Universiteti), Qədir Əliosmanov (100 kq.) və Nurlan Rzayev (100+ kq. Beynəlxalq Universitet) turnirin 1-ci pilləsində qərarlaşmışlar.
Martın 3-də isə Yunan-Roma güləşi üzrə idmançıların qarşılaşmasında Xəyal Müseyibov (55 kq.), Mürşüd Məmmədov (60 kq.), Zeynal Aslanov (66 kq. Milli Aviasiya Akademiyası); Tələt Əliyev (74 kq. Pedaqoji Universitet); Seymur Mahmudov (84 kq. İqtisad Universiteti); Elvin Cahangirov (96 kq. Texniki Universitet) və Fərid Fərzəliyev (120 kq. Tibb Universiteti) 1-ci yerə sahib olmuşlar.
Digər idman növlərinin yekunları ilə bağlı hər bir yarış başa çatdıqdan sonra növbəti nömrələrimizdə məlumat verəcəyik.
S.RASİM.



«Çempionat start götürdü»   -
«Ülfət Qazeti»   -