Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Biz özümüz heç də həmişə istədiklərimizi reallaşdırmağa hazır olmuruq”

10.03.08 - 17:17512 baxılıb

Siz deyirsiniz ki, "biz qadınlardan həmişə sədaqət ummuşuq”. Cəmiyyət, ailə qadınlarda təkcə sədaqəti deyil, digər münasibətləri də - məhəbbəti, dözümü, cəsarəti, qətiyyəti də görürlər. Qadınlar digər cinsin nümayəndələrindən bu münasibətlərinin cavabını alırlar da. Bu qarşılıqlı münasibət nə dərəcədə bizi qane edir, tələblərə cavab verir, qadının imkanlarının reallaşmasına şərait yaradır? Geniş söhbətin mövzusudur. Mən düşünürəm ki, nə qədər cəmiyyət mövcuddur, bu söhbət də davam edəcək. Mən deyim ki, qadınlar sədaqət görmürlər, qadına xəyanət edilir və yaxud ona çatacaq haqqı tam vermirlər… Bu, düzgün olmazdı. Bilirsiniz, konkret faktlara konkret yanaşmaq lazımdır.
Ümumiləşdirib nə bütövlükdə qadınları sədaqət mücəssiməsi kimi göstərmək, nə də onlara qarşı münasibətin bundan kənar olduğunu söyləmək lazımdır. Düşünürəm, qarşılıqlı sədaqət bəzi yerlərdə axsayır, bəzi yerlərdə bir az normadan da artıq olur. Qısası, bu münasibətlər bizim öz əlimizdədir. İstəsək, bunu daha ədalətli, daha balanslı qura bilərik. Mən hər halda belə qavrayıram.
- Azərbaycanda gender bərabərliyindən çox danışılır. Beynəlxalq respublika səviyyəli çeşidli tədbirlər keçirilir. Beynəlxalq Əmək Təşkilatının, səhv etmirəmsə, Milli Məclisdə ratifikasiya edilmiş iki konvensiyasında qadınlarla bağlı tövsiyələr əksini tapıb. Qadınları müdafiə edə biləcək qanunlarımız da kifayət qədərdir. Amma hələ də zərif cinsin məşğulluğu, iş şəraiti, əməkhaqqı məsələləri problem olaraq qalır. Nə üçün?
- Elə problemlər var ki, onlar qanunun mövcudluğundan asılı olmayaraq qalır. Sualınızda cavabını axtardığınız məsələ də qanunvericilik bazasının geniş və ya dar olması ilə ölçülmür. Şüurla, təfəkkürlə, adət-ənənə, milli-mənəvi dəyərlərlə, əsrlər boyu formalaşmış qeyri-rəsmi qayda-qanunlarla bağlıdır. Demək olmaz ki, sözügedən sahədə biz dünya ölkələrindən geri qalmışıq. Əksər ölkədə buna bənzər problemlər mövcuddur. Bu problemlər bəlkə də təbiətin qadını da üzərinə qoyduğu vəzifələrdən, qadınların özlərinin bu vəzifələrə daha çox məsuliyyətlə yanaşaraq ona üstünlük verməsindən irəli gəlir. Yəni qadınların həyatda, cəmiyyətdə öz mövqeyinə münasibətindən, eyni zamanda dövlətin, cəmiyyətin bu mövqeyin nə dərəcədə möhkəm olmasına yaratdığı şəraitdən asılıdır. Bəzən qadınların ictimai, iqtisadi həyatımızda kütləvi şəkildə önə çıxa bilməməsini faciə kimi qələmə verməyə çalışanlar olur. Mən burada faciəli heç nə görmürəm. Əgər biz demokratik cəmiyyət qururuqsa, hər kəs öz potensialını yaranmış şəraitə uyğunlaşdırıb reallaşdırmaqda azaddır. Hər bir qadın özü sərbəst seçim etməlidir: ailə qarşısında məsuliyyətini yerinə yetirməklə yanaşı, cəmiyyət həyatında da yaxından iştirak etməlidir, ya yox? Amma bu qərar qəbul etmə vəzifəsini təkcə qadınların üzərinə buraxmaq da olmaz. Həm seçimə hörmət etmək lazımdır, həm də bu seçimin düzgün olması üçün şərait yaratmaq, stimullaşdırıcı addımlar atmaq lazımdır. Azərbaycanda bu istiqamətdə işlər görülüb və görülməkdədir. Bəli, bizim qanunverici bazamız kifayət qədər genişdir. Beynəlxalq konvensiyalara qoşulmuşuq. Onlardan irəli gələn vəzifələri milli qanunvericiliyimizə tətbiq etmişik. Demək olar ki, bu sahədə dünyada mövcud qanun və normativ aktların əksəriyyəti Azərbaycanda qəbul olunub. İş o yerə çatıb ki, biz hazırda məişətdə qadın zorakılığı haqqında qanunu daimi komissiyalarda hazırlamaq prosesindəyik. Doğrudur, bu qanun bir qədər təpkilərlə qarşılanır. Bəziləri bunu kəskin tənqid atəşinə tuturlar. Amma bununla belə biz Avropa Şurasının 2006-cı ildə başladığı "Qadınlara qarşı zorakılığın aradan qaldırılması" kampaniyasına qoşulmuşuq. Bununla bağlı Azərbaycan parlamenti iclasını keçirib, müvafiq orqanlara müraciət və bəyanatını qəbul edib. Hökumət də bu istiqamətdə müəyyən işlər görür. Bu qanun qəbul olunacaq. Amma o demək deyil ki, sözügedən qanun qanunlar toplusunun üzvü olduqdan sonra vəziyyət tam dəyişəcək. Yox. Bir qədər əvvəl dediyim səbəblər davam edir. Yəni qanunun müəyyənləşdirdiyi vəzifələri qanun qəbul edildiyi andan dərhal sonra həyata keçirmək mümkün olmur. Çox qanunlar var ki, onların müəyyən müddəaları bu və ya digər səbəbdən işləmir.
- Bəlkə bizdə qanunların icra mexanizmində qüsurlar var?
- Yox. Bu təbii bir prosesdir. Əvvəla, qanun təkcə bu gün üçün normalar müəyyən etmir. Perspektivdə görüləcək işləri də nəzərdə tutur. İkincisi, qanun hazırlanıb ərsəyə gətirildiyi müddətdə yeni münasibətlər, problemlər ortaya çıxır. Axı həyat bir yerdə dayanmır. İqtisadi, ictimai münasibətlər dəyişir. Onlar isə qanunla tənzimlənməlidir. Ona görə də vaxtaşırı qanunlara dəyişikliklər, əlavələr olunur. Bütün dünyada belədir. O başqa məsələ ki, ayrı-ayrı vətəndaşlar, dövlət, hökumət qurumları, ictimai təşkilatlar qanunun onların üzərinə qoyduğu vəzifəni dərk edərsə, mən sizi əmin edirəm ki, həssas bir durum yaranar. İstənilən qanunlar, o cümlədən qadın problemlərini həll edə biləcək maddələri nəzərdə tutan qanunlar çox asan şəkildə işləyə bilər.
- Qeyri-formal iqtisadiyyatda qadınların sayı üstünlük təşkil edir. Zərif cinsin nümayəndələri, sözün həqiqi mənasında, kölgə iqtisadiyyatının sahibkarları tərəfindən istismar olunurlar. Hökumətin, həmkarlar ittifaqlarının onların hüquqlarını qorumağa göstərdikləri cəhdlər çox hallarda baş tutmur. Qanunlarda, Əmək Məcəlləsində dəyişikliklər aparmaqla və yaxud əlavələrlə bu cəhdləri reallaşdırmaq olmazmı?
- Qadınlar yaxşı icraçı olurlar. Onlara tapşırılan işi öz ambisiyalarını, iddialarını ortaya qoymadan yerinə yetirməyi vacib sayırlar. Bəlkə də qeyri-formal iqtisadiyyata qadınların daha çox cəlb edilməsinin əsas səbəbi budur. Həm də indi qadınlar üçün yaxşı iş tapmaq müşkülə çevrilib. Bunun çətinliyini qeyri-cinsin nümayəndələri bəlkə də görə bilməz. Onu yalnız biz qadınlar hiss edirik. Qadınlar çox asanlıqla gələcəyi, perspektivi nəzərə almadan ancaq bugünkü yaşayışını təmin edə biləcək iş yerlərinə üz tuturlar. Etiraf edək ki, həm də istər qadın, istər kişi olsun, əmək hüquqları pozulan insanlar kifayət qədərdir. Ona görə ki, vergidən, uçotdan yayınan, insanların sosial hüquqlarını qorumaq üçün üzərinə düşən vəzifələri yerinə yetirmək istəməyən hüquqi şəxslər mövcuddur. Onlar daha çox özəl sahədə özlərini göstərməkdədirlər. Dövlət orqanları barədə bunu demək olmaz. Dövlət tərəfindən bu neqativ halların aradan qaldırılması yönümündə müəyyən addımlar atılmaqdadır. Belə tədbirlərin həyata keçirilməsi prosesi son iki ildə daha intensivləşib.
- Bu günlərdə Bakıda "Qeyri-formal iqtisadiyyata qarşı mübarizə" mövzusunda AHİK-in təşkilatçılığı ilə keçirilmiş beynəlxalq tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi də kölgə iqtisadiyyatının tədricən leqallaşmaq məcburiyyətində olduğunu söylədi. Dedi ki, artıq onlarla sahibkar bizə müraciət edir, əmək müqaviləsinin tərtibi, xarici vətəndaşlara lisenziya almaq qaydaları ilə maraqlanır...
- Bəli, irəliləyiş hissediləcək dərəcədədir. Buna aid sizə bir detal da deyim. Əvvəllər olduğum qadın salonlarında soruşardım: işçilər rəsmi qaydada işə götürülübmü? Onlarla əmək müqaviləsi bağlanırmı? Dövlət vergiləri ödənilirmi? Məlum olurdu ki, əksəriyyətində bunların heç biri yoxdur. Amma bu gün artıq həmin salonlarda işçilərin əmək kitabçası var, əmək müqavilələri bağlanıb. Dövlət rüsumlarının ödənilməsi həyata keçirilir. Mən bu müsbət prosesi hətta 3-4 nəfər işçisi olan kiçik qadın salonlarında da müşahidə etmişəm.
Amma bu o demək deyil ki, dövlət orqanları, ictimai nəzarət funksiyasını yerinə yetirən strukturlar arxayınlaşmalıdır. Hələ qeyri-formal iqtisadiyyatın leqallaşması üçün çox-çox işlər görülməlidir.
Güman edirəm ki, bu sahədə həmkarlar ittifaqları da öz işini genişləndirməlidir. Dövlət orqanlarına bu vəzifəni həyata keçirməkdə kömək göstərməlidir. Nöqsanları aşkarlamalı, vaxtında üzə çıxarmalıdır.
Bunun üçün ilk növbədə qeyri-formal iqtisadiyyatda həmkarlar ittifaqı təşkilatları yaradılmalıdır. Bu isə heç də həmişə mümkün olmur.
Haqqında söhbət açdığımız sahələrə həmkarlar ittifaqının tam nüfuz edə bilməməsi təkcə onun günahı deyil. Bu, həmin sahədə çalışan insanların məlumatsızlığından, öz hüquqlarını bilməməsindən, əldə etdiyi işi itirmək qorxusundan irəli gəlir. Həmkarlar ittifaqı təşkilatını müəssisələrdə kim yaradır? İşçilərin özləri. Azərbaycanda könüllü şəkildə birləşmək azadlığı var. Bu azadlıq konstitusiya ilə təsbit olunub. İşçilər sərbəst şəkildə birləşmək hüququnu reallaşdırmalı və müəssisə rəhbərliyini yaratdıqları həmkarlar ittifaqı təşkilatını tanımağa məcbur etməlidirlər. Düşünürəm ki, bu proses həmkarlar ittifaqlarının ciddi nəzarəti altında ardıcıl həyata keçirilməlidir.
Mən sizə deyim ki, müxtəlif səviyyələrdə, eləcə də Milli Məclis səviyyəsində həmkarlar ittifaqı rəhbərliyinin, fəallarının bu məsələni gündəmə gətirməsinin müəyyən təsirləri olur. Təşkilatlanmanın hansısa qanunla, inzibati üsullarla həyata keçirilməsinin perspektivini görmürəm. Televiziya, mətbuat və sair vasitələr və üsullarla o sahədə işləyən insanlara yönəlik maarifləndirmə işləri aparılmalıdır ki, insanlar öz hüquqlarını anlasınlar və birləşə bilsinlər.
- Cəmiyyətdə qadınlara etimad göstərilir. Amma qısqanclıqla. Elə Milli Məclisdə 120 deputatın cəmi 14-ü qadındır. Komissiya sədrləri bütünlüklə kişilərdən seçilib. Səhiyyədə, təhsildə qadınlar üstünlük təşkil etsələr də, rəhbər vəzifərdə kişilərdir. Sizcə, nə etmək lazımdır ki, bu qısqanclıq aradan qaldırılsın. Yoxsa inkişafımızın indiki mərhələsində belə də olmalıdır?
- Təkcə bu qısqanclıq hissi ilə bağlı deyil. Müxtəlif səbəblər var. Hər halda bütün səbəbləri kişilərin ayağına yazmaq istəməzdim. Bu səbəblərin müəyyən qismini söhbətimiz əsnasında söylədim. Sirr deyil ki, bəzən qadınlar öz karyerasını başqa məqsədlərə qurban verməli olurlar. Və cəmiyyətdə qadının inkişafı üçün onun özündən daha vacib bir qüvvə mən tanımıram. İnsan özü istəməlidir ki, irəliyə getsin. Onu kimsə götürüb bütün maneələrdən keçirərək gətirib hansısa bir mərhələyə yüksəldə bilməz. O sovet dövrü idi ki, kvota var idi. Filan qədər qadın filan yerdə, filan qədər qadın isə filan yerdə olmalıdır… Vaxtilə bu faizlər gözlənilirdi. Müstəqillik əldə edildikdən sonra nə baş verdi? Elə o mərtəbələrdə təmsil edilən qadınların çoxu sərbəst rəqabətə hazır olmadıqlarını büruzə verdilər. Ona görə də mən düşünürəm ki, cəmiyyət həyatının bütün sahələrində, ən aşağı mərtəbələrdən başlayaraq, qadınlar özləri bu yolları yaranmış mövcud durumdan yararlanaraq sərbəst keçməlidirlər. Bir-birinə mane ola-ola yox, bir-birinə dəstək verə-verə keçməlidirlər. Çox təəssüf ki, bu, bəzən belə olmur. Məsələn, mən siyasi partiya funksioneriyəm. Bizim Yeni Azərbaycan Partiyasında çox saylı qadınlar cəmləşib. Eləcə də digər siyasi partiyalarda. Nə baş verir? Bələdiyyə səviyyəsində namizədlər irəli sürmək lazımdır. O tələblərə cavab verə biləcək qadınlar çox az saydadır. Ən azı ona görə ki, bu qadınlar özləri-özlərini ona hazır bilmirlər. Hətta hazır biləni də seçilməsi barədə zəmanət alandan sonra seçkilərə qoşulmağa razılıq verir.
Çətinlikləri onun əvəzinə təşkilatın həll etməsini vəzifə kimi qarşımıza qoyur. Bax, belə problemlərlə üzləşirik. Mən bu məsələlərin içində olduğum üçün bəzən dövləti, cəmiyyəti, əks-cinsin nümayəndələrini günahlandırmağın əleyhinəyəm. Bizim özümüz heç də həmişə istədiklərimizi reallaşdırmağa hazır olmuruq. Çətinliklərdən keçmək istəmirik. Deyirik ki, nəyinsə üzərindən adlayaq. Bu isə azad cəmiyyətdə mümkün deyil. Ona görə də hər bir qadın ilk növbədə özündə rəqabətə dözüm keyfiyyəti formalaşdırmağa çalışmalıdır. Uğursuzluğa düçar olanda ruhdan düşməməlidir. Yenidən, sıfırdan başlamağa özündə güc, cəsarət tapmalıdır. Yalnız o halda qadınlarımız istənilən vəzifələrdə, təbəqələrdə istədiyimiz sayda olacaq. Azərbaycan qadınını cəmiyyətdə qiymətləndirilməsi üçün nə etməli, nə işlər görülməlidir? Tariximizdə də, günümüzdə də bu baxımdan kifayət qədər nümunə var. Bu nümunə ölkənin birinci xanımının nümunəsidir. Bu nümunə hüquq-mühafizə orqanlarında, digər icra orqanlarında, elə Milli Məclisin özündə uğur qazanmış qadınlarımızdır. Bu qadınlar ailə və cəmiyyət qarşısında vəzifələrini, bir-birinə qurban vermədən, balanslaşdırılmış şəkildə çox gözəl yerinə yetirirlər. Heç kim bizim yükümüzü azaltmaq gücündə deyil.
- Cəmiyyətimizin əxlaq baxımından durumu göz qabağındadır. Telekanallarda şou-biznes xanımlarının, onların həyat tərzinin geninə-boluna təbliği və sair - bütün bunlar, Sizcə, cəmiyyətin törəməsidir, yoxsa hansısa xarici təş kilatların mənəviyyatımızı məhv etmək cəhdləridir?
- Mən dəfələrlə müsahibələrimdə söyləmişəm ki, biz bilməliyik ki, cəmiyyət üçün nümunə olaraq kimi seçirik və kimi təbliğ edirik. Nə qədər çeynənilmiş fikir olsa da, təkrar etməyə məcburam: gələcəyimizi biz bu gün formalaşdırırıq. Vəzifəsindən asılı olmayaraq ictimai rəyə təsir göstərə bilən adamlar bunu nəzərə almalıdır. Fərqinə varmalıdırlar ki, "nəyi ictimai rəyə ötürürük, nəyi şüuraltına yeridirik? Televiziya bütün insanların həyatına elə daxil olub ki… həyatı ondan kənar təsəvvür etmək mümkün deyil. Mən deməzdim ki, bütün televiziya kanalları yalnız neqativ, əxlaqımıza, mənəviyyatımıza mənfi təsir göstərən məsələləri təbliğ edirlər. Az.TV, İctimai Televiziya, özəl kanallarda tariximizlə, mədəniyyətimizlə, mənəviyyatımızla bağlı dəyərli verilişlər də yayımlanır. Amma çox təəssüf ki, daha qabarıq nəzərə çarpanı bu gün şou-biznes adlandırılan, əslində isə heç cür ad vermək mümkün olmayan layihələrdir. Bildiyimiz kimi, bu gün analar vaxtilə qarşısına səd qoyulmuş qızlarının, söhbət istedadlılardan gedir, müğənni olmasını istəyirlər. Özləri qızlarının əlindən tutur, ən müxtəlif yarışlara gətirirlər. İstedadsız qızların anaları da bu istəkdə olurlar. Hər vəchlə qızlarının yer tutmasına, səhnəyə yol tapmasına çalışırlar. İstədikləri baş tutmadıqda, bunu faciə kimi qəbul edirlər. Mən şəxsən bir neçə dəfə televiziya kanallarında yarışlardan keçməyən qızların analarının huşunu itirmələrini görmüşəm. Və bu mənə çox qəribə gəlib. Bu nədir? Qızının müğənni olması ananın həyat amalıdırmı? Ölüm-dirim məsələsidirmi? Əlbəttə, bu sahədə müəyyən nöqsanlarımız var. Bunu açıq şəkildə söyləmək lazımdır. Mən düşünürəm ki, ictimai rəyə təsir edə bilən, xüsusi çəkisi olan ziyalılar öz rəylərini ortaya qoymalıdırlar. Təkcə ziyalılar yox, həm də televiziyaya rəhbərlik edən şəxslər, onlar hər halda yeniyetmə deyil, təhsil görmüş, təcrübəyə malik insanlardır, bu səpkili verilişlərə nəzarəti əldən verməməlidirlər. Sizin irəli sürdüyünüz ikinci versiyaya- mənəviyyatımıza guya kənardan müdaxilə gümanına mən inanmazdım. Özümüzün etməli olduğumuzu başqalarından gözləyirik və öz günahlarımızı başqalarının ayağına yazırıq. Bizi kim məcbur edir ki, tutalım, başqa ölkələrdə gedən prosesləri burada təkrarlayaq? O verilişləri açan da, aparıcı da, çıxış edən də, maliyyə təminatçıları da biz azərbaycanlılarıq. Burada mən hər hansı bir qeyri-millətin, beynəlxalq təşkilatın nümayəndəsini görmürəm.
Bu verilişlərin mayasında daha asan, yüngül yolla çox qazanc əldə etmək durur. Bəziləri fəaliyyətində ancaq maliyyə gəlirlərini ön plana çəkdiyindən mənəvi məsələləri düşünmür. Nəticədə də gəlib belə vəziyyət alınır. Bunun qarşısını inzibati yollarla almaq da mümkün deyil. Amma bu sahəni başlı-başına buraxmaq da olmaz. Xüsusilə mətbuat orqanları cəmiyyətimiz üçün nümunələri, gənclik üçün qəhrəmanları düzgün müəyyən etməlidir. Çünki gənclər həmişə ideal, kumir axtarışında olurlar. Bu gün siyasətlə məşğul olan, xalqına, öz dövlətinə mənfəət, siyasi divident gətirən, xalqının gələcəyi üçün bütün qabiliyyətini, bacarığını qoyan şəxslər mətbuat səhifələrinə, televiziya ekranlarına, radio verilişlərinə gətirilməlidir.
Təəssüf ki, əks hadisələr baş verir. Bu gün şou-biznesdə olan xanımlar, onların geyimləri, həyat tərzi, hətta intim həyatına aid olan ən xırda detal belə cəmiyyətə çatdırılır. Amma siyasətlə məşğul olan, qeyri-hökumət təşkilatlarında çalışan, elmdə, digər humanitar sahədə fəaliyyət göstərən qadınların ən böyük uğurları belə mətbuatda öz əksini tapmır.
- Bahar xanım, Sizin bu açıq və səmimi fikirləriniz oxucularımız üçün maraqlı və faydalı olacaq.Sonda Azərbaycan qadınlarına arzularınızı eşitmək istərdik...
- Mən Azərbaycan qadınlarının yaşından asılı olmayaraq hər birini bayram münasibətilə təbrik edirəm. Onlara açıq səma, gözəl həyat arzulayıram. Arzu edirəm ki, onları anlasınlar, onlar da anlasınlar. Ətraflarındakı insanlarla daim harmoniyada olsunlar. Özləri öz daxilləri ilə harmoniyada olsunlar. Sevinc, gülüş ömürlərini bəzəsin. Kədərlərini də ləyaqətlə daşımağı bacarsınlar. Heç zaman yaddan çıxarmasınlar ki, onlar təkcə qadın yox, ana yox, həm də vətəndaşdırlar.

Söhbəti qələmə aldı:
Bəyalı SAFAOĞLU.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.