Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu təxribat nəticəsində qeyri-azərbaycanlı qüvvələr "Evelina" gəmisinin tərksilah edilməsinə tərəfdar çıxdılar. Həmin gün İnqilabı Müdafiə Komitəsinin köməyi ilə müsəlman diviziyanın bir neçə yüz nəfər zabit və əsgərinin tərksilah edilməsi, buna etiraz əlaməti olaraq azərbaycanlıların kortəbii mitinqlərinin keçirilməsi və ən nəhayət, Sovet hərbi hissələrinin atlı dəstəsinə təxribat məqsədi ilə atəş açılması bolşeviklərin əl-qolunu açmış oldu. 1918-ci ilin martında Bakıda Qafqaz cəbhəsindən qayıtmış minlərlə rus və erməni əsgəri var idi. Onlar öz silahlarını dəyər-dəyməzinə Şaumyan güruhuna satdılar və hətta onun təşkil etdiyi "Qırmızı qvardiya" ordusuna daxil oldular. 12 minlik ordunun 75%-i ermənilərdən ibarət idi. Martın 30-da döyüşlərə rəhbərlik etmək üçün Şaumyanın başçılığı ilə müdafiə komitəsi yaradıldı. Buraya Çaparidze, Korqanov, Saakyan, Yolçiyan və b. daxil idilər. 3 gün ərzində Bakı talan edildi, qan dəryasında boğuldu. N. Nərimanov həmin günləri belə təsvir edir: "Müsəlman, hətta bolşevik olsaydı, ona aman vermirdilər. Daşnaklar deyirdilər: Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olması kifayətdir". Aprelin 1-də qırğının dayandırılması barədə sənədin qəbul edilməsinə baxmayaraq cinayətkarlıq aprelin 2-i axşama qədər davam etdi. Bu soyqırım zamanı təkcə Bakıda 12-14 min nəfər günahsız soydaşımız qanına qəltan edildi. Qırğınlarda A. Mikoyanın başçılıq etdiyi "Qırmızı Qvardiya" dəstələri də fəal iştirak etmişlər. Hətta İçəri Şəhərə hücum zamanı Mikoyan yaralanmışdı. "İnqlabı əksinqlabdan müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri, memarlıq abidələrindən olan "İsmayıliyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku" və b. qəzet və jurnalların redaksiyalarını dağıtmış, Təzə Pir məscidinə böyük ziyan vurmuşdular. Şamaxı, Quba, Göyçay, Lənkəran, Qarabağ, Naxçıvan bölgələrində milli qırğın törətmişlər. Faktlar sübut edir ki, Şamaxıda 8-12 min, bütövlükdə qəzanın 72 kəndində 40 minə qədər insan qətlə yetirilmiş, 13 məhəllə məscidi və 800 illik yaşı olan Cümə məscidi dağıdılmışdı. 1918-ci ilin aprel-may aylarında Qubada daha kütləvi qırğınlar törədilib. Elə birinci günü ermənilər 1000-ə qədər adamı Qubada məhv ediblər. Deyilənə görə, Qubada 16 min nəfərə qədər insan qırılmışdır. Ancaq təəssüf ki, burada da ölənlərin sayı 7-8 min nəfər göstərilir. Quba şəhər qlavası Hamazapsın yanına gedərək öldürülənlərin dəfn olunmasına icazə istəyir. O, rədd edərək deyir: mən bura gəlməmişəm ki, Sovet hakimiyyətini möhkəmləndirəm, gəlmişəm ki, sizdən öldürülən ermənilərin intiqamını alam. Erməni daşnak hərbi dəstələrinin törətdikləri milli qırğın uzun bir dövr ərzində Sovet hakimiyyətinin möhkəmləndirilməsi uğurunda və əksinqlab üzərində böyük qələbə kimi qələmə verilmişdir. Lakin, əsil həqiqəti gizlətməyənlər də olmuşdur. Bolşeviklər arasında da həmin faciəni Sovet hakimiyyəti üçün qara ləkə hesab edənlər tapılmışdır. Şaumyan Lənkəran, Hacıqabul, Göyçay və digər rayonlarda Sovet hakimiyyəti qurmaq bəhanəsi ilə bu yerlərə xeyli sayda daşnak qüvvələri göndərdi. Lənkəranda adamları məsciddə ibadət zamanı qətlə yetirmişdilər. Həmin yerdə öldürülənlərin sayı 5 min nəfəri ötüb keçmişdi. 1918-ci ilin mart-aprelində İrəvan quberniyasında 211 kənd, Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali qətlə yetirilmişdir. 1918-ci ilin yayından daşnaklar İrəvan quberniyasında azərbaycanlıları qırmağa başladılar. Zəngibasar, Qəmərli, Vedibasardan tutmuş Şərur və Naxçıvana qədər qırğın törətmək Andranikə həvalə edilmişdi. General Dro Dərələyəz elində, general Sirkov Göyçə mahalında, general Njde Zəngəzurda əhalini qırıb, yurdlarını viran edib, etnik təmizləmə siyasəti aparırdılar. Təkcə Zəngəzurda 10 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, 50 min qaçqın düşmüşdür. Ümumiyyətlə erməni vəhşilikləri nəticəsində XX əsrin I rübündə 2 milyon azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və deportasiya edilmişdir. Öz havadarlarından kömək almalarına baxmayaraq ermənilərə lazımınca müqavimət göstərilmişdir. Məsələn, ermənilər 1919-cu ildə yenidən Vediyə hücum edərkən Abbasqulu bəy Şadlınskinin başçılığı altında azərbaycanlılar 200 erməni əsgərini, 10 zabitini məhv etmişlər. Dronun dördüncü dəfə basqını zamanı Şadlinskinin dəstəsi 1500 erməni əsgərini əlbəyaxa döyüşdə məğlub etmişdi. Laçınlı Sultan bəy quldur Andranikin 30 minlik qoşununu Zabox dərəsində məhv etmiş, el arasında Erkək Tavan ləqəbi ilə tanınan Zəngəzurlu qadın Laçın və Əliyanlı meşələrində ermənilərə divan tutmuşdu. Qisas almaq məqsədi ilə öldürdüyü ermənini qanından bir ovuc da içmişdi. 1919-cu ildə Türk alimi Ziya Göyalp İstanbulda ingilislər tərəfindən tutulub. Məhkəmədə ondan soruşurlar:-Siz erməni qırğınına görə tutulmusunuz. Bu barədə nə deyə bilərsiniz? Z. Göyalp onların üstünə qışqıraraq deyir:-Mənim məmləkətimə böhtan atmayın. Bizdə erməni qırğını olmayıb, erməni-türk vuruşması olub. Ermənilər bizi arxadan vururdular. Biz də qayıdıb cavabını verirdik. Hətta ermənilər dəstək aldıqları ölkələr tərəfindən də qantökən xalq olduqları üçün ifşa olunmuşlar. İngiltərənin Xarici İşlər Naziri Kerzon 1920-ci ilin əvvəlində İngiltərə parlamentində erməni canilərini ifşa edərək bildirmişdi: "Mənə elə gəlir ki, siz erməniləri 8 yaşında təmiz və məsum bir qız kimi zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşi davranışları ilə nə qədər qantökən bir xalq olduqlarını büsbütün isbat etmişlər".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.