Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ölkəmizdə fəaliyyət göstərən iri donor təşkilat hesab olunan Açıq Cəmiyyət İnstitutu isə il ərzində 287 layihəni maliyyələşdirib. 2007-ci ildə bu məqsədlə 3,714 milyon manat xərclənib. Donorlar tərəfindən ayrılan qrantların xərclənməsi zamanı şəffaflığın təmin edilməsi məsələsinə müxtəlif prizmalardan aydınlıq gətirməyə çalışdıq. Məsələyə münasibət bildirən Milli QHT Forumunun icraçı direktoru Fərasət Qurbanov son vaxtlar donor təşkilatlar tərəfindən bu istiqamətə yönələn vəsaitin azaldığı qənaətindədir: "Bu, bir tərəfdən donor təşkilatlarıın sayının azalması ilə bağlıdırsa, digər səbəb ölkədə gedən iqtisadi yüksəlişdir. Hazırda QHT-lərin həyata keçirdiyi layihələrin əsas istiqaməti demokratikləşmə prosesinin gücləndirilməsi, vətəndaşların seçkilərdə fəallığının artırılması məsələlərinə həsr olunur. Reallaşdırlan həmin layihələr haqqında isə çox vaxt ictimaiyyətə doğru məlumatlar verilmir. Donor təşkilatlar qrant ayırarkən şəffaflığın və hesabatın əsas şərt olduğunu irəli sürür. Lakin bu işə ciddi nəzarət edilmədiyindən çox vaxt qarşıya qoyulan məqsədə nail olunmur. Həyata keçirilən layihələrin davamlılığı, ölkənin ictimai həyatına etdiyi təsir əksər hallarda öyrənilmir. Buna nail olmaq üçün isə ilk növbədə QHT-lərin mətbuatla əlaqəsi gücləndirilməlidir. Bununla bağlı Milli QHT Forumu "QHT-lərin mətbuatla işinin təşkili" adlanan layihə hazırlayıb. Layihə hələlik ortaya müsbət nəticə qoymasa da aktualdır. Özləri haqqında müsbət imic formalaşdırmaq və cəmiyyətdə yerini müəyyənləşdirmək üçün QHT-lər həyata keçirilən layihələr barədə ictimaiyyəti məlumatlandırmalıdır. Şəffaflığın ən böyük göstəricisi isə məhz bu ola bilər". F.Qurbanovun qənaətinə görə, həyata keçirilən layihənin qarşıya qoyulan məqsədə nə dərəcədə nail olduğunun öyrənilməsi də vacib amildir: "Lakin QHT-lərin heç də hamısı sonradan layihənin davamlığını öyrənmir. Ümumiyyətlə prosesə nəzarət mexanizmi yoxdur. Donorların özləri də onlara üçüncü bir kənar nəzarətin olmasında maraqlı deyil. Real mənzərəni əks edən hesabatların onlara təqdim edilməsinə donorlar maraq göstərmir. Yaxşı olardı ki, donor təşkilatlar qrant vermədiyi bir təşkilatın onların işini monitorinq etməsinə imkan yaratsın. 2004-cü ildə apardığımız araşdırma nəticəsində məlum olmuşdu ki, ölkənin 21 şəhərində 40 resurs mərkəzi yaradılıb. Bu gün isə həmin mərkəzlərdən cəmi 15-16-sı fəaliyyət göstərir. Onlara sərf edilən enerji və maddi vəsaitin itməsi göstərir ki, fəaliyyət düzgün təşkil edilməyib və layihənin davamlığı təmin olunmayıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.