Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Respublikamızda ən zəngin kitabxana hesab olunan Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktor müavini Məleykə Hacıyeva isə kitabların azlığı ilə razılaşmır. Onun sözlərinə görə, Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Həmçinin müxtəlif oxucu kateqoriyasına xidmət göstərən oxu zalları yaradılıb. Dövri mətbuat zalı 67 oxucuya xidmət göstərmək iqtidarındadır. Zalda 4 illik jurnal və 5 illik qəzetlər saxlanılır. Azərbaycan və rus dillərində 152 adda qəzet, 47 adda jurnal mövcuddur. Tələbələrə xidmət göstərən zal 280 oxucu üçün nəzərdə tutulub. Ədəbiyyat əsas etibarilə Fondların Mühafizəsi Şöbəsindən alınır. Köməkçi Fond bölməsində 6367 nüsxə ədəbiyyat qorunur. 2082 nüsxə Azərbaycan, 4285 nüsxə isə rus dilindədir. Fondda əlifba və sistemli kataloq da tərtib edilib. Köməkçi fond hər yay mövsümündə yoxlanılır, köhnəlmiş kitablar fonda qaytarılır və yeniləri ilə əvəz edilir. Burada ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərslik və başqa ədəbiyyatlar da saxlanılır. Fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, hüquq, tibb, texnika və başqa sahələr tamamilə əhatə olunub. Humanitar elmlər zalında isə 36 oxucu üçün yer ayrılıb. 2368 nüsxə qorunur. Bunların 823 nüsxəsi Azərbaycan, 1545 nüsxəsi rus dilində çap edilib. Hər il zalın kitab fondu yenilənir. Dəqiq və texniki elmlər zalı isə 22 oxucu üçün nəzərdə tutulub. Bu zalda da yardımçı ədəbiyyat fondu mövcuddur. Fondda 2500 nüsxə ədəbiyyat toplanılıb. Xarici ədəbiyyat oxu zalı isə 20 nəfərlik oxucu auditoriyası üçün nəzərdə tutulub. 2500 nüsxə saxlanılır. Bundan başqa, müxtəlif dillərdə qəzet və jurnallar da oxuculara təqdim edilir. Kitabxanaya 2005-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Milli Kitabxana" statusu verilib. 1922-ci ildə yaradılan kitabxanaya təqribən 5 min nüsxə hədiyyə verilib. Kitabxanaya Mirzə Fətəli Axundovun da adı 1939-cu ildə verilib. Kitabxananın fondunda 4 milyon 513 min çap məhsulu qorunub saxlanılır. 2005-ci ildə kitabxanaya 21 min nüsxə yeni ədəbiyyat verilib. Hər il kitabxananın fondu zənginləşdirilir. İxtisaslaşdırılmış Xarici Ədəbiyyat Şöbəsi 2005-ci ildən etibarən beynəlxalq kitab mübadiləsini bərpa edib. Dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilib. Əvvəllər bu kontakt mövcud olsa da, çox zəif idi. 1999-cu ildən etibarən isə informasiya texnologiyalarından istifadəyə start verilib. 2000-ci ildə kitabxanada internet zalı yaradılıb və 2001-ci ildən etibarən tədris mərkəzi fəaliyyətə başlayıb. 2003-cü ildən başlayaraq kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılıb. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlarla işləyən təşkilatlar tərəfindən həyata keçirilib. Bura elektron kataloqun tərtibi, elektron kitabxanın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun kompyuterləşdirilməsi, respublikanın bütün iri kitabxanalarının toplu kataloqunun yaradılması daxildir. Elektron kataloqla yanaşı, Milli Kitabxanada kitab fondlarının elektron versiyasının, yəni kitabların mətninin kompyuter yaddaşına köçürülməsi işinə də başlanılıb. Kitabxananın oxucu qrupları əsasən tələbələr, elmi işçilər, orta təhsilli qulluqçular, təqaüdçülərdən ibarətdir. İl ərzində kitabxanaya müraciət edən oxucuların sayı son hesablamalara görə təqribən 35 min nəfərdir.
“Uşaqlarda mütaliəyə maraq aşağı yaşlardan aşılanmalıdır"
Son illər kitab oxumağa marağın azalmasına münasibət bildirən Dövlət İqtisad Universiteti informasiya iqtisadiyyatı kafedrasının müəllimi Arzu Ədilova bunu bir neçə səbəblərlə izah edir: "Bədii və elmi ədəbiyyat oxumağa maraq uşaqlara birinci növbədə aşağı yaşlardan aşılanmalıdır. Əgər uşaq bağçaya gedirsə orada, getmirsə ailədə onda kitablara maraq yaradılmalıdır. Uşaqlara əvvəlcə nağılları öyrətməklə onlarda kitablara sevgi yaratmaq olar. Sonradan isə məktəbdə bu iş davam etdirilməlidir. Uşaqlarda kitab oxumağa maraq olmamasında müəllimlərin də müəyyən qədər rolu var. Son vaxtlar müəllimlər şagird və tələbələrə bu istəyi düzgün aşılamır. Düzdür, bəzən müəllimlərin maaşlarının aşağı olması səbəb kimi göstərilir, amma müəllim böyük addır. Bu adı üzərinə götürən şəxs əmək haqqına görə yox, bu adı doğrultmağa çalışmalıdır". A.Ədilova müasir informasiya-kommunikasiya texnologiyalarının kitabları əvəz edə bilmədiyi qənaətindədir: "Əslində internetdən daha çox informasiya almaq mümkündür. Bu gün tələbələrin də əksəriyyəti informasiyaları internetdən almağa üstünlük verir. Amma internetdə Azərbaycan dilində olan kitablar və məlumatlar o qədər də zəngin deyil. İnternetdən yararlanmaq üçün ingilis, yaxud rus dilini bilmək vacibdir. Elektron kitabxanalarla işləməyin çox böyük üstünlüyü də var. Evdən çıxmadan istənilən məlumatı almaq olar. Amma internetdən alınan məlumat kitabları əvəz edə bilməz". Filologiya elmləri doktoru, professor Zahid Xəlil kitaba marağın azalmasını cəmiyyətdə baş verən dəyişikliklərlə əlaqələndirir: "Son dövrlər yeni telekanalların açılması, kompyuter və internetin inkişafı uşaqları daha çox maraqlandıran yerlərə çevrildi. Uşaqlar kitablardan xeyli uzaqlaşıb bu sahələrə üz tutdu. Lakin internet heç vaxt kitabı əvəz edə bilməz. Axır vaxtlar isə uşaqlar üçün son dərəcə zəif və maraqsız kitablar dərc etdirilib yayılır. Bu da uşaqlarda kitaba marağı azaldır. Bizim zəngin uşaq ədəbiyyatının yerini zəif ədəbiyyat tutmaqdadır ki, bu da daha qorxulu tendensiyadır. Bizdə mütaliəyə marağın azalmasının əsas səbəbi məktəblərin, müəllimlərin üzərinə düşür. Valideynlər və müəllimlər birləşib uşaqlara marağı artırmalıdırlar". Avropada internetin inkişaf tarixi daha qədimdir. Almaniyada internet Azərbaycandan əvvəl yaransa da, bu gün Almaniyada kitaba maraq ildən-ilə artır. Azərbaycan gəncləri isə internetdən faydalı istifadə etmək əvəzinə, daha çox əyləncə yeri kimi baxırlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.