Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yubiley tədbirləri

18.05.08 - 8:48443 baxılıb

* * *
İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı fəalları yubiley tədirləri çərçivəsində dəyirmi masa təşkil etmişlər.
Dəyirmi masada ümummilli liderimiz Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan söhbət açılmışdır. Sahə Hİ-nin Gəncə Şəhər Komitəsi Texnologiya Universitetində əlamətdar hadisə münasibətilə tədbir keçirmişdir. Ulu öndərin həyat və fəaliyyəti haqqında məruzə oxunmuşdur. Sonra inşaatçıların mədəniyyət sarayının özfəaliyyət kollektivlərinin üzvlərinin iştirakı ilə konsert olmuşdur. Konsertdə dahi rəhbərə həsr olunmuş şeir və mahnılar səslənmişdir.

* * *
Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi yubileyə həsr olunmuş "Heydər Əliyev dövlət qurujuluğunun banisidir" mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Konfransda Respublika Komitəsinin sədri Tofiq Quliyev ümummilli liderin Azərbayjana rəhbərlik etdiyi illəri dirçəliş və tərəqqi illəri adlandırmışdır.
Tədbirdə "Heydər Əliyev müstəqil Azərbayjanın dövlət qurujuluğunun banisidir", "Heydər Əliyev və Azərbayjanda həmkarlar ittifaqı hərəkatı" və s. mövzularda çıxışlar edilmişdir.

* * *
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Azərsu" Səhmdar Jəmiyyəti ilə birgə iməjiliklər keçirmişlər. İməjilik iştirakçıları Səhmdar Jəmiyyətinin inzibati binasının həyətində abadlıq işləri aparmışlar.

* * *
Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbayjan Dövlət Dəniz Akademiyası ilə birgə Akademiyanın akt zalında "Heydər Əliyev müstəqil Azərbayjanın qurujusudur" mövzusunda elmi-praktik konfrans keçirmişdir. Konfransda çıxış edənlər ümummilli liderin Azərbayjanda dənizçiliyin yaradılması, inkişafı üçün gördüyü əvəzsiz işlər barədə danışmışlar. Demişlər ki, H.Əliyevin bu sahədə yaratdığı ənənələr uğurla davam etdirilməkdədir.

* * *
Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının üzv təşkilatlarında həmkarlar ittifaqlarının xidmət dairəsində olan klub və kitabxanalarda yubiley tədbirləri çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab, fotoşəkil və digər əyani vəsaitlərdən ibarət stendlər təşkil olunmuşdur.
Federasiya və "Zenit" İdman Jəmiyyətinin yubiley tədbirləri ilə əlaqədar olaraq azyaşlılar arasında güləş üzrə təşkil etdiyi yarışlarda "Bakı fəhləsi" Törəmə Açıq Tipli Səhmdar Jəmiyyətinin işçilərinin uşaqları fəal iştirak etmişlər. Jəmiyyətin həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə sexlər arasında da futbol, tennis, nərd və şahmat üzrə spartakiadalar keçirilmişdir.

AHİK-in təşkilat işləri
və məlumat şöbəsi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.