Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitsəinin tədbirlər planına uyğun olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə, müəssisə və təşkilatlarında Cumhuriyyətin 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mərasimdə çıxış edənlərin məruzələrində AXC-nin 90 ilik şanlı tarixi geniş təhlil olundu. * * * Milli Aviasiya Akademiyasında keçirilmiş tədbirdə çıxış edən görkəmli elm xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini qeyd etmişlər .Onun Azərbaycan xalqına azadlıq, müstəqillik, dövlətçilik, tolerantlıq və milli şüur bəxş etdiyini bildirmişlər. Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov tədbirlərdə demişdir ki, Azərbaycan xalqının zəngin mədəniyyəti olan xalqımızın başqa nəcib bayramları da vardır. Ancaq 28 May bizim üçün bayramlar bayramıdır. Bu bayramın "Novruz"dan və "Gül" bayramından sonra gəlməsi də rəmzi məna daşıyır. Respublika Günü Azərbaycanın bahar eşqinin zirvəsi kimi bayram edilir.
* * * Milli Aviasiya Akademiyasında AXC-nin 90 illik yubileyi ilə bağlı bir sıra idman tədbirləri də keçirilmişdi. AMHİRK-nın təşəbbüsü ilə təşkil olunmuş yarışlarda aviatorlar idmanın yüngül atletika, stolüstü oyunlar və futbol növləri üzrə mübarizə aparmışlar. Yarışlarda "Azəraeronaviqasiya" Hava Hərəkətinin İdarə Edilməsi İdarəsi (stolüstü oyunlar), Aviasiya Təhlükəsizlik İdarəsi (qaçış), Heydər Əliyev adına Beynəlxalq Aeroportun (futbol) təmsilçiləri 1-ci yerə layiq görülmüşlər. Qaliblərə pul mükafatı verilmişdir. Bu tədbirlərdə fəal iştirak etdiklərinə görə bir qrup həmkarlar ittifaqı üzvlərinə də pul mükafatı təqdim edilmişdir.
* * * 28 May-Respublika Günü münasibətilə ARDNŞ-nin və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tədbirlər planına uyğun olaraq bütün idarə və təşkilatlarda silsilə tədbirlər keçirilmişdir. H. Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərneftyağ" Neft Emalı Zavodu, Xəzər Dəniz Neft Donanması İdarəsi, ARDNŞ-nin Sosial İnkişaf İdarəsi, Neft Qaz Tikinti Tresti, Kompleks Qazma İşləri Tresti və sairədə düzənlənən bayram tədbirlərində vurğulanmışdır ki, Xalq Cümhuriyyətinin varisi olan indiki müstəqil Azərbaycan sələfinin bütün müsbət ənənələrini inkişaf etdirərək yeni-yeni nailiyyətlər qazanır, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayır. Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütün Şərq dünyasının ilk xalq cümhuriyyətidir. Rasim SÜLEYMANOV.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.