Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan GUAM-ın lokomotivinə çevrilir

13.06.08 - 18:07391 baxılıb

ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dersi isə GUAM-ın dünya düzənində ən iri layihələrin gerçəkləşməsinin təşəbbüskarı kimi çıxış etməsinə görə diqqət mərkəzinə çevrildiyini xatırladıb: "ABŞ və Avropada enerji təhlükəsizliyinin təmin olunması və yeni tranzit dəhlizlərin yaradılmasında Avropa Birliyi ən sıx tərəfdaş olaraq GUAM-la əməkdaşlıq etmək niyyətindədir. ABŞ Avropa İttifaqı-GUAM konsorsiumunun yaradılmasında həlledici rol oynayır. Qloballaşan dünyada yeni iqtisadi sərvətlərin bazarlara çatdırılması, münbit rəqabət, qarşılıqlı əməkdaşlıq və azad ticarət sistemlərinin yaradılması Qərbin başlıca hədəfləri sayılır. GUAM həmin istəklərə xidmət etdiyinə görə Qərbin açıq dəstəyini qazanıb".
Latviya, Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Litva və digər ölkələrdən gələn nümayəndələr də dünya dövlətlərinin GUAM-a artan marağını ifadə ediblər. Təşkilatın baş katibi Valeri Çeçelaşvili isə deyib ki, GUAM-ın iqtisadi layihələrinin artması, ticarət və real gəlirlərinin bir neçə dəfə çoxalması qurumu qarşıda duran proqramlarını maliyyələşdirmək üçün bir bank yaratmağa məcbur edir. Təxminən 2 ilə bankın yaradılacağını deyən Çeçalaşvili artıq GUAM-da neft-qaz, energetika, nəqliyyat layihələrinə Moldovanın da qoşulacağını bəyan edib. Moldovanın enerji ehtiyatlarının idxalından asılılığı onu məcbur edir ki GUAM çərçivəsində reallaşan layihələrə qoşulsun.
Moldovanın Banklar Assosiasiyasının prezidenti Dmitri Ursu isə bildirib ki, bu layihələr Moldovanın ərazisindən keçən Azərbaycan- Gürcüstan-Ukrayna-Avropa nəqliyyat magistralı və Qara dənizətrafı nəqliyyat dəhlizi layihələrinin tikintisini nəzərdə tutur. Moldova Rusiyanın satdığı yanacağın tariflərindən narazıdır. Neftin, qazın qiyməti çox vacibdir, ona görə də rəsmi Kişinyov GUAM çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədəir. Ursu əlavə edib ki, bu ehtiyatların əldə edilməsində Azərbaycanın yanacaq ehtiyatları əsas ola bilər. Moldova yanacaqla bərabər Azərbaycanın maliyyə resurslarının ölkəsinə cəlb ediləcəyinə ümidvar olduğunu xatırladıb. "Azərbaycanın nəhəng bank sistemləri vasitəsilə əlaqələr qura bilərik, bizim birbaşa nümayəndəlik və yaxud filial şəbəkəmiz hələlik yoxdur. Amma biz bunda çox maraqlıyıq. Azərbaycan bankları da kifayət qədər azad resursa malikdir və ümid edirik ki, bu vəsaitlər Moldova iqtisadiyyatına yönəldiləcək". Moldovanın Banklar Assosiasiyasının prezidenti hesab edir ki, Azərbaycan banklarının Moldova bazarına daxil olmasına onun Avropa İttifaqına yaxın olması da təsir göstərəcək.
Tədbirdə GUAM ölkələrinin iş adamları arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində də işlərin sürətləndirilməsi qərara alınıb. Bu məqsədlə iş adamlarının davamlı görüşlərinin təşkil edilməsi nəzərdə tutulur. Tərəflər inanır ki, nəzərdə tutulan layihələr həyata keçirilərsə, GUAM ölkələri arasındakı ticarət dövriyyəsi indikindən qat-qat çoxalacaq. Azad iqtisadi zonaların tam şəkildə fəaliyyət göstərməsi Dünya Ticarət Təşkilatının irəli sürdüyü təkliflərə uyğun olmaqla liberal vergi-gömrük rejiminin yaradılmasına imkan verəcək. Bu isə Avropa strukturlarına inteqrasiya, iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi, insanın həyat səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə çatmağa səbəb olacaq. Digər tərəfdən , GUAM ölkələri azad ticarət rejimi yaratmaqla qeyri-qanuni ticarətin qarşısını almaq niyyətindədir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.