Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov ölkədə sertifikatlaşdırılmamış məhsulların bazara buraxılmasına qadağaların qoyulması sahəsində dövlət nəzarətinin gücləndirilməsinin vacib olduğunu deyib. İclasın sonunda iştirakçı dövlətlər arasında standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və uyğunluğun müəyyən edilməsi üzrə əməkdaşlığa dair birgə saziş imzalanıb. Bundan başqa, Ramiz Həsənov Şuranın həmsədri seçilib. Qeyd edək ki, standartlaşdırma, setrifikatlaşdırma, metrologiya və uyğunluğun müəyyən edilməsi üzrə beynəlxalq konfrans eyni vaxtda İtaliyada da işini davam etdirib. Bakı şəhərində sözügedən sahələr üzrə dövlətlərarası şuranın yığıncağının keçirilməsi Azərbaycanda sənaye və ərzaq məhsullarının istehsalı və satışında qeyri-standart halların aradan qalxması baxımından mühüm hesab edilir. Xüsusilə də sertifikatlaşdırma sistemində nəzarətin gücləndirilməsi ərzaq təhlüksəzliyinin təmin edilməsinə mühüm təsir göstərən əsas amillərdəndir. Belə ki, istehlakçılar üçün təhlükə törədən və bir çox istehsal məhsulları bazara məhz saxta sertifikatlar və aksiz markaları ilə yol tapır. Dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən arabir həyata keçirilən reydlər və monitorinqlər isə bu problemi yetərincə həll edə bilmir. Mütəxəsisslər isə çıxış yolunu qanunvericiliyin təkmilləşməsində görürlər. Son vaxtlar Azərbaycanda Sertifikatlaşma üzrə Ali Sertifikatlaşma Xidməti Sisteminin yaradılması konsepsiyası hazırlanıb. Bazara çıxarılan məhsulların gigiyenik və təhlükəsizlik sertifikatının düzgün müəyyən edilmədiyini deyən müstəqil ekspert Feyzulla Hacıyev bunu hələ "Sertifikatlaşma haqqında" Qanunun qəbul edilməməsi ilə əlaqələndirdi. Onun sözlərinə görə, bu yaxınlarda aparılan monitorinqlər zamanı Azərbaycan bazarına çıxarılan sənaye məhsullarının 50 faizinin keçmiş SSRİ-nin standartları, 26,2 faizinin yerli standartlar əsasında istehsal edildiyi müəyyən olunub. Malların 23,8 faizinin isə hansı standart əsasında istehsal edildiyi məlum deyil. Hazırda beynəlxalq təcrübədə 36 min 716 ədəd standart fondun mövcud olduğunu deyən F.Hacıyev onlardan yalnız 49-nun Azərbaycan Respublikasının standartı kimi fəaliyyət göstərdiyini söylədi. Ona görə də ekspert hesab edir ki, ərzağın və istehlakçının təhlükəsizliyi bir-birinə adekvat olduğu üçün sertifikatlaşdırma sahəsində təkmilləşməyə ehtiyac var. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, Azərbaycanda ərzağın təhlükəsizliyi məsələsi daha aktualdır. Amma standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və uyğunluğun müəyyən edilməsi üzrə əməkdaşlığın dərinləşdirilməsi bu problemi tam həll edə bilməz. Ekspert problemin aradan qaldırılmasını hüquqi bazanın genişləndirilməsində gördüyünü dedi: "Sertifikatlaşdırma sahəsində dövlət nəzarətinin gücləndirilməsi ərzağın təhlükəsizliyi problemini tam həll edə bilməsə də, müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər. Sertifikatlaşdırma ərzağın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün dünyada qəbul olunmuş ümumi və yeganə yoldur. Lakin ərzağın hansı şəraitdə saxlanılması, daşınma şərtləri də mühüm rol oynayır. Hazırda Azərbaycanda istehsal olunan malların sertifikatlaşdırma sistemi standartların tələblərinə uyğun deyil. Bir çox hallarda malların markalanması zamanı "Dövlət dili haqqında" və "Yeyinti məhsulları haqqında" qanunların tələbləri pozulur. Hesab edirəm ki, bazarda vəziyyəti alıcılar deyil, qanun dəyişə bilər. Ona görə də "Sertifikatlaşma haqqında" Qanunun qəbul edilməsi çox yaxşı olar". Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov qəzetimizə açıqlamasında sertifikatlaşdırma ilə bağlı qanun layihəsinin hazırlandığını bildirdi: "Həmin qanunun adı başqa cür olacaq. Ümumdünya Ticarət Təşkilatının tələblərindən biri "Texniki tənzimləmə haqqında" Qanunun qəbul edilməsidir. Biz həmin qanunun hazırlanması üçün lazım olan təkliflərimizi hökumətə göndərmişik. Bu təkliflərin hazırlanması zamanı biz beynəlxalq ekspertlərin rəyini də nəzərə almışıq. Nazirlər Kabineti də öz növbəsində qanun layihəsini Milli Məclisə təqdim edəcək. Mən inanıram ki, yaxın aylarda bu qanun qəbul olunacaq". R. Həsənovun sözlərinə görə, Azərbaycan hazırda dünya təcrübəsində mövcud olan istehsal məhsullarının, o cümlədən ərzağın keyfiyyəti və təhlükəsizliyi üçün vacib olan standartların öyrənilməsi ilə məşğuldur: "Əgər biz yeni standartları tətbiq etsək, ərzaq məhsullarının qiyməti də aşağı düşəcək, vətəndaşların qida qəbulu sahəsində də təhlükəsiz şərait yaranacaq". R. Həsənovun verdiyi məlumata əsasən, Bakıda keçirilən beynəlxalq iclasda iştirakçı ölkələr, o cümlədən Azərbaycan 120 yeni standart qəbul edib. Bununla yanaşı, Agentliyin sədri hesab edir ki, Sovet dövründən qalma bütün standartları ləğv etməyə ehtiyac yoxdur. Çünki həmin standartların bir çoxu beynəlxalq normalara tam uyğundur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.