Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Təbii ki, buna cavab olaraq ilk fikir bu səslənəcək ki, kommersiya bankları, kredit təşkilatları və dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən mərkəzi kredit qurumu fermerlərin bu problemini həll edə bilər. Fermerlərin üzləşdiyi maneələrlə tanış olduqda belə təsəvvür yaranır ki, həmin qurumlar ya fəaliyyət göstərmir, yaxud da respublikada fermer deyən təbəqənin kredit sisteminə aidiyyəti yoxdur. İlkin olaraq deyək ki, hökumət kənd təsərrüfatına maliyyə yardımını gücləndirmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Kredit Agentliyi yaradıb. Bu qurum müraciət edən istənilən mülkiyyətçini kreditlə təmin etmək zəmanətini üzərinə götürüb. İki ildir ki, həmin təşkilat yalnız bir neçə fermer təsərrüfatının ehtiyaclarını ödəyir, necə ki, həmin sahibkarların onsuz da kifayət qədər maliyyəsi var, amma kiçik fermerləri bu qurumun kandarında aylarla süründürməklə kreditdən məhrum edirlər. Konkret cavab budur ki, əksər mülkiyyətçinin təqdim etdiyi biznes-plan tələblərə uyğun deyil. Yəni sahibkarın girov alətləri və istehsal strukturu kredit qaytarmağa cavab vermədiyindən ona pul həvalə etmək risklidir.
"Aqrarkredit" kreditləri kimə verir?
Digər bir maliyyə mənbəyi- "Aqrarkredit" təşkilatı da demək olar ki, kənd mülkiyyətçilərinin yarasını sağalda bilməyib. Bu qurum ötən il dizel yanacağının bahalaşması nəticəsində fermerlərin üzləşə biləcəyi problemləri nəzərə alaraq onlara kreditlərin verilməsini genişləndirəcəyini vəd edirdi. Qeyri-bank təşkilatı funksiyasına malik "Aqrarkredit" bununla əlaqədar yeni strategiya hazırladığını, ən kiçik təsərrüfatı olan mülkiyyətçini maliyyələşdirəcəyini əmin etsə də, regionlarda pul aldım deyən fermerə rast gəlinmədi. "Aqrarkredit" indiyədək mülkiyyətçilərə 10 milyon dollardan çox kredit verdiyini bəyan edir. Qurum bildirir ki, Xaçmaz, Lənkəran, Bərdə, Ucar, Naxçıvan sahibkarlarının əldə etdiyi vəsaitlər hesabına indiyədək yüzlərlə iş yeri yaradılıb. Amma həmin vəsaitlərin strukturuna baxanda əsasən iri məbləğlərlə işləyən sahibkarların həmin vəsaitə sahib olması məlum olur. Belə ki, Bərdədə 200-400 min dollar dəyərində aktivləri olan hansısa pendir müəssisəsinin sahibi 150 min dollar kredit götürə bilib. Yəni onun müəssisəsi real girov predmeti kimi qəbul olunub və ona kredit verilib. Amma Xaçmazda 5 hektar torpağı olan fermer pomidor yetişdirmək üçün kredit ala bilmir. Ən yaxşı halda ona 10 min manat kredit verilə bilər ki, bu vəsait də yaxınmüddətli kredit olduğundan onu faizi ilə birlikdə qaytarmaq sərf etmir. Digər tərəfdən, bu gün kredit təşkilatları öz vəsaitlərini deyil, dövlətin ayırdığı mərkəzi kredit resurslarını paylamaqla kredit bazarını öz adları ilə bağlayır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin sahibkarlara çatdırılmasında agent bank qismində iştirak edən bu qurumlar əslində dövlətin vəsaitlərini çatdırmaqla məşğuldur, öz maliyyə ehtiyatlarından istifadə etməklə. Məsələn, "Aqrarkredit"in verdiyi kreditlərin 3 milyon manatı da Fondun vəsaitidir. İş ondadır ki, kredit qurumları dövlətin sahibkarlar üçün nəzərdə tutduğu halal pulları da onlara vermir. Girov və kredit qaytarılmasında qrafik amilini ortaya ataraq onları aldatmaqla məşğul olur.Ümumiyyətlə, əsas problem kreditlərin orta və yaxın müddətə verilməməsi ilə bağlıdır. Bu gün kreditlərin uzunmüddətli şərtlərlə verilməsi demək olar ki, yox dərəcəsindədir. Vəsaitlər 12 aya verilir ki, fermer istehsal etdiyi məhsulu satdıqda heç həmin vəsaitin özünü qaytara bilmir, o ki qala faizləri. Kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə, keçmiş sovet ölkələrindən Belarus və Qazaxıstanda kreditlər 5-10 il müddətinə verilir və bu, mülkiyyətçinin həmin illər ərzində təsərrüfatını inkişaf etdirməsinə imkan yaradır. Fermer həmin pula kombayn və digər texnika əldə edir, istehsal və emal prosesini möhkəmləndirir. Gəlirləri artdıqdan sonra onun kredit qaytarmaq üçün heç bir problemi olmur. Amma bizim fermerlər elə kredit ala bilsə şərtlərlə elə "yüklənir" ki, əksər vaxt krediti qaytarmaq üçün borca düşməli olur. Xatırlayrsınızsa, ötən il taxıl problemi yarananda vəsait əldə etmək üçün müraciət edən " Bərəkət","Fatıoğlu" və digər müəssisələrin sahibləri kredit əldə edə bilməmələrindən narahatlığını ifadə etmişdilər.
Banklar torpağı girov kimi qəbul etmir
Bu gün aqrar sahədə çalışan sahibkarlar dövlətin tabeçiliyində olan təşkilatlardan vəsait əldə edə bilmədiyindən kommersiya banklarından kredit almağa məcbur olur. Kommersiya təşkilatları isə həddindən artıq ağır şərtlərlə işləyir və buradan kredit almaq həyatını riskə atmaq kimi bir şeydir. Komersiya qurumları kredit verərkən kənd mülkiyyətçisinin torpağını girov kimi qəbul etmir. Əgər qəbul edirsə, 1 hektar torpağı 1000 manatdan yuxarı qiymətləndirmir. Fermer evini girov qoymağa məcbur olur ki, bank mənzilə 10 min manat qiymət təyin edir və verdiyi kredit 5 min manatdan çox olmur. Həmin pulla fermer heç yarım hektar ərazidə məhsul yetişdirə də bilmir. Məhsulun satışı isə bir ildə bu pulu qaytarmağa kifayət etmir. Ona görə də əksər mülkiyyətçi torpağı becərməkdən imtina etmək məcburiyyətində qalır. Becərilən torpaqlarda isə məhsuldarlıq çox aşağı olur. Çünki torpağa mineral maddələr, gübrələr, digər aqrotexniki vasitələrlə qulluq etmək, ziyanvericilərə qarşı preparatlardan istifadə etmək gərəkdir. Həmin vasitələri əldə etməyə isə pul lazımdır. Bundan başqa, məhsulun yetişdirilməsi, biçini və tədarükü üçün texniya ehtiyac var. Fermerlərin əksəriyyəti texnika ala bilmədiyindən icarə əsasında onu işlətməyə məcburdur. Son iki ildə icarə qiymətləri 3 dəfədən çox artıb və vəsait çatışmazlığı ucbatından onlar iki əsr əvvəl tətbiq olunan vasitələrlə işləyirlər. Hökumətin kənd təsərrüfatında çalışanlara verdiyi subsidiyalar isə qəpik-quruşdan başqa bir şey deyil. Ötən il hökumət yanacağın bahalaşması ilə əlaqədar kənd təsərrüfatı mülkiyyətçilərinə subsidiyaların verilməsi barədə qərar qəbul etdi və vəsaitlər sentyabr-oktyabr aylarında verildi. Subsidiyalar əkin başlayan zaman deyil, biçin mövsümü başa çatandan sonra verildiyindən həmin vəsait mülkiyyətçilərə lazım olmadı. Əsas problem odur ki, fermerlər yanacağın bahalaşması nəticəsində əlavə xərclərini kompensasiya edə bilmədi. Subsidiyaların verilməsi vəziyyəti dəyişmədi və onlar hər hektara görə əlavə olaraq 150-200 manat xərcləməli olurlar. Bunun nəticəsi idi ki, ötən il payız mövsümündə bütün kənd təsərrüfatı məhsullarının qiymətləri bahalaşdı. Bu gün də kəndlərdə 25, 10, 8 sot torpağı olan mülkiyyətçilərlə, ümumiyyətlə, subsidiya ilə bağlı maraqlanan yoxdur. Xatırladaq ki, KTN 800 min mülkiyyətçi üçün kredit ayrılmasına sərəncam verib. Həmin 800 minin təxminən 500 min nəfəri kiçik torpaq sahibləri , yəni 30-70 sot torpağı olan mülkiyyətçilərdir. Belədirsə, həmin vəsaitlərin aqibəti necə olub? Ümumilikdə sual olunur, ölkə üzrə kredit qoyuluşlarının statistikasına nəzər saldıqda aqrar sahəyə kifayət qədər kredit yönəldiyi məlum olur, belədirsə, mülkiyyətçilərə həmin vəsaitlər niyə çatmır?!
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.