Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Toyuq, qoyun və dana əti yarmarkaların girişində, açıq havada saxlanılaraq istehlakçılara təqdim olunur. Günün altında qalan ətin hansı vəziyyətdə olmasını təsəvvür etmək çətin deyil. Amma burada ətin qiyməti nisbətən ucuz olduğu üçün satıcılar alıcı sarıdan korluq çəkmirlər. Maraqlıdır, yay mövsümündə həmin yarmarkalarda ət satılması nə dərəcədə düzgündür və belə məhsullar əhalinin sağlamlığı üçün təhlükəli deyilmi?
Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Baytarlıq İdarəsinin sədr müavini Vəli Qarayev kənd təsərrüfatı yarmarkalarında ət satışını normal qarşılayır: "Həftəsonu keçirilən kənd təsərrüfatı yarmarkalarında digər məhsullar ilə yanaşı, ət də satılır. Bu yarmakalar səyyar xarakter daşıdığına görə orada soyuducular quraşdırmaq qeyri-mümkündür". V.Qarayev onu da dedi ki, belə yarmarkaların keçirilməsi ilə bağlı yuxarı icra orqanlarının müvafiq qərarları var: “Buna görə də kiminsə şəxsi istəyi ilə həmin yarmarkalarda məhsulların satışının qadağan edilməsi mümkün deyil. Bu addımın atılması üçün hava proqnozu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatı əsasında qərar verilə bilər. Həm də Səhiyyə Nazirliyi müvafiq addımlar ata bilər. Necə ki, həddindən artıq istilər olduqda işlər təxirə salınır, məktəblər bağlanır”. Şəhərin müxtəlif ərazilərində ucuz qiymətə ət satışına gəldikdə isə, V.Qarayev bunun ətin keyfiyyəti ilə bağlı olmadığını vurğuladı: "Hazırda bazarda mal ətinin bir kiloqramı 5 manata satılır. Buna görə də topdansatış yerlərində qiymətlər 3-4 manat da ola bilər. Əgər ət 3 manata satılırsa, həmin ətin keyfiyyətinin aşağı olması qənaəti yaratmamalıdır". V.Qarayev hazırda paytaxtda baytarlıq qeydiyyatında olan bütün obyektlərə nəzarətin həyata keçirildiyini vurğuladı: "Fəaliyyətinə qanunla icazə verilən bütün obyektlərdə tam formada baytarlıq nəzarəti var. Həmin obyektlərdə satılan məhsulların keyfiyyəti üçün də Baytarlıq Xidməti məsuliyyət daşıyır. Amma elə yerlər var ki, orada qeyri-qanuni ət satışı aparılır. Belə yerlərdə satılan məhsulların keyfiyyətinə zəmanət verilmir. Amma bu da o demək deyil ki, həmin yerlərdə satılan məhsullar insan həyatı üçün tam təhlükəlidir".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.