Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Əhali isə təhlükəsizliklərinin tam təmin edilməməsini səbəb gətirirlər. Mövcud nöqsanları araşdırmaq məqsədi ilə müvafiq strukturlara müraciət etdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çimərliklərimizin istifadəyə o qədər də yararlı olmadığı bildirildi. Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Bakı Şəhər Sanitar Epidemioloji Stansiyasının əməkdaşları ilə birgə monitorinq keçirib. Monitorinq zamanı Bakı və Sumqayıt çimərliklərində 50 nöqtədən 153 su nümunəsi götürülərək üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılıb. Novxanı-Pirallahı (Novxanı bağlar sahəsinin şərq hissəsi, Pirşağı, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan-Şüvəlan) sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılmış ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə, dəniz suyu nümunələrində təyin olunan komponentlərin miqdarı norma daxilində olub. Gürgan və Novxanı bağları sahil zolağı ərazilərində isə mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilib. Çirklənmənin əsas səbəbi Gürgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağları istiqamətindən dənizə təmizlənməmiş çirkab suların axıdılmasıdır. Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında nazirlik tərəfindən 7 ədəd təmizləyici qurğu quraşdırıldıqdan sonra bu istiqamətdə təmizlik müəyyən qədər təmin olunmuşdu. Lakin Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri yenidən istifadəyə yararsız hala salıb. Şimal küləyi isə çirklənmiş ərazilərin sahəsini daha da genişləndirir.
Çimərliklərin əksəriyyətində bağırsaq çöpləri aşkar edilib
Aparılan təhlillərin nəticəsinə görə, həmin mənbələrin kəmiyyət və keyfiyyət göstəriciləri belədir. Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilsə də, mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 273 min ədəd/litrdir. Novxanı "Aquapark" istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarının norma daxilində olduğu aşkarlanıb. Mikrobioloji tədqiqatlar isə nümunənin çirkli olduğunu göstərib. Bağırsaq çöpü bakteriyalarının sayı 15 min ədəd/litrdir. Novxanı çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə, nümunə zəif çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı isə 5 min 600 ədəd/litrdir. Hövsan çimərliyi istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə, nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 56 min ədəd/litrdir. Hövsan Aerasiya Stansiyası qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq çıxıb. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 112 min ədəd/litrdir. "Şıx" çimərliyi ərazisindəki "Min bir gecə" restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə, nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 45 min ədəd/litrdir. "Şıx" çimərliyi ərazisindəki "Delfin" otelinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə, nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 34 min ədəd/litrdir. "Şıx" çimərliyi ərazisindəki "Ramada" istirahət mərkəzinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilib. Mikrobioloji tədqiqatların nəticəsinə görə isə, nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 42 min ədəd/litrdir. Qaradağ rayonu, "Sahil" çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq olub. Mikrobioloji tədqiqatların nəticəsinə görə isə, nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 160 min ədəd/litrdir. Qaradağ rayonu çimərliyi ərazisindəki "Sahil" restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq çıxıb. Mikrobioloji tədqiqatların nəticəsinə görə isə, nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 157 min ədəd/litrdir. Beləliklə, qeyd olunan çimərliklərdə aparılmış monitorinqin nəticələrinə görə, mövsümi hazırlıqla əlaqədar qeyri-qənaətbəxş hesab edilən ərazilər Sumqayıt, Hövsan, Şıx, Sahil çimərlikləri və Novxanı çimərliyinin qərb hissəsidir. Buna səbəb Sumqayıt və bağlar istiqamətindən dənizə axıdılan irihəcmli qarışıq mənşəli tullantı sularının, o cümlədən Sahil və Şıx istiqamətindən axıdılan suların yol verilən normalar səviyyəsinə qədər təmizlənməməsidir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin 350 nəfərlik peşəkar heyəti çimərlik mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Xidmətin təbliğat və təşviqat sektorunun rəhbəri Mübariz Zeynalovun sözlərinə görə, qurum tərəfindən bütün zəruri hazırlıq tədbirləri həyata keçirilib. O, çimərlikdə həyata keçirilən təhlükəsizlik tədbirləri və yeniliklər barədə də məlumat verdi. Belə ki, bu günlərdə xilasedicilərin hazırlıq səviyyəsinin öyrənilməsi məqsədi ilə təlim-təhsil mərkəzinin "Şıx-2" məntəqəsində xidmətin əməkdaşları şərti "batan" insanı xilas edib. Ona süni nəfəs vasitəsilə ilkin tibbi yardım göstərərək bu işə hazır olduqlarını nümayiş etdirdilər.
Sərxoş halda dənizə girmək qadağandır!
Məlumat üçün bildirək ki, Dövlət Sularda Xilasetmə Xidmətinin ölkə ərazisində 43 məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən əlavə olaraq yerlərdə mövsümi postların quraşdırılması da nəzərdə tutulub. Postların quraşdırılmasında məqsəd nəzarətin gücləndirilməsidir. Çünki ötənilki çimərlik mövsümündə özəl çimərliklərdə xilasedicilərin olmaması səbəbindən spirtli içkilərin satışı həyata keçirildi. Bu da dənizdə batanların sayının çoxalmasına səbəb oldu: "Onu da deyim ki, artıq özəl çimərliklərin rəhbərlərinə xilasetmə komandalarının xidmətindən istifadə, spirtli içkilərin satışına qadağa, həmçinin digər təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xəbərdarlıq edilib. Çünki özəl çimərliklərdə bütün bu məqamlara əhəmiyyət verilmədiyi üçün bədbəxt hadisələr baş verir". M.Zeynalovun söylədiklərindən öyrəndik ki, bütün məntəqə və postlarda dislokasiya prosesi artıq başa çatıb. Belə ki, dənizin dibinin təmizlənməsi, onun dərinliyi, təhlükəsiz çimərlik yerlərinin öyrənilməsi və məhdudlaşdırma şarlarının quraşdırılması işləri yekunlaşıb. Məntəqələr tam olaraq texnika və avadanlıqlarla təmin edilib. Bu mövsümdə 100 motorlu qayıq, 15 skuter və 5 kvadrosikl hazırlıq vəziyyətinə gətirilib. Qeyd edim ki, bu il ilk dəfə olaraq xilasetmə əməliyyatlarında skuterlərdən istifadə olunacaq. Sektor rəhbəri söhbət əsnasında kadr potensialının təkmilləşdirilməsi istiqamətində də işlərin görüldüyünü vurğuladı: "Bu məqsədlə təcrübəli mütəxəssislərin iştirakı ilə xilasetmə kursları, motorçu kursları, həmçinin şəxsi heyətin professionallıq səviyyəsinin artırılması məqsədi ilə S-1 və S-2 imtahanları keçirilib. Müsahibim Səhiyyə Nazirliyinə bu mövsümdə bütün çimərliklərin tibb məntəqələri ilə təmin edilməsi barədə müraciət edildiyini də dedi: "Bu ildən etibarən bütün nəzarət məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək. Dövlət Sularda Xilasetmə Xidməti əhaliyə müraciət edərək bildirir ki, nəzarət briqadaları olmayan yerlərdə çimməkdən çəkinsinlər. Həmçinin sərxoş halda dənizə girməsinlər".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.