Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yeniləşən dənizkənarı bulvar...

17.08.09 - 10:36742 baxılıb

1998-ci ildə bulvar Milli Park statusu alaraq Bakı Şəhər İcra Hakimiyyətinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamla Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından sonra burada əsaslı yenidənqurma işləri aparılıb. Bundan sonra dənizkənarı bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülüb. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində Milli Parkda yeni ağaclar əkilib, yeni çəmənliklər salınıb. İtaliya, Türkiyə, Hollandiya, İran və digər ölkələrdən Banzayi, Taksus, Bakkafa, Buksus, Arizona şamı, İleks ağacları gətirilib. Ərazisinə asfalt örtük götürülərək qırma-dekorativ daş döşənib. Müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər quraşdırılıb. Bundan başqa, parkın işıqlandırma sistemi tamamilə yenidən qurulub. Oturacaqlar təzələnib, ətrafına zibil qutuları qoyulub. Dənizkənarı Bulvar ərazisində dənizin kənarına çay daşları tökülüb. Çay-çınqıl daşlarını yalnız üzərinə çəkilmiş məftil torlar saxlayır. Sahildəki sədlər dəyişdirilib və pilləkənlər qoyulub. Ərazidə təmir işləri bu gün də davam etdirilir. Gələcəkdə parkın ərazisi Əl Oyunları Sarayından Bibiheybət pirinədək, Dəniz Limanından isə Zığ qəsəbəsinədək genişləndiriləcəkdir. Bulvarın ərazisindəki attraksionlar da dəyişdirilərək yeniləri ilə əvəzlənib. Bir sözlə, dənizkənarı bulvarda aparılan yenidənqurma işləri, yaşıllıqlar ilk baxışdan insanda xoş ovqat yaradır. Amma...
Bakı bulvarında gördüyümüz dəyişiklik bununla bitmir. Əvvəllər axşam və səhər saatlarında dolu olan bulvarda o qədər də adam gözə dəymirdi. Hətta yeni qurulan skamiyaların da çoxu boş qalmışdı. Əvvəllər bulvarda nərd, domino oynayan qocalar da yoxa çıxmışdılar. Bəlkə də bu, çayxanaların təyinatını dəyişməsi, ya da bulvardakı qiymətlərlə bağlıdır? Mətbuatda gedən tənqidi yazılardan sonra qiymətlər müəyyən qədər aşağı salınsa da, yenə şəhərin digər yerlərindən xeyli bahadır. Mağazalarda 20 qəpiyə olan yarım litrlik qazsız su burada 40 qəpiyə satılır. Mağazada 30 qəpiyə ala biləcəyimiz kiçik "jalə" şirələri 60 qəpikdir. Digər suların qiyməti isə çəkisi və növünə görə dəyişir. Bulvarda qaynadılmış qarğıdalı 1 manat 50 qəpik, "popkorn" 50 qəpiyə satılır. Hot-doq almaq üçün isə ən azı 1 manat 50 qəpik xərcləmək lazımdır. Milli Parkda dönər 1 manat 50 qəpik, hamburger isə 60-70 qəpiyədir. Müxtəlif növ dondurmaların ən ucuzu 50 qəpikdən aşağı deyil.
Nəzarət gücləndirilsə də Milli Parkda olan kafe və restoranlarda qiymətlər baha olaraq qalır. Bir çaynik çayın qiyməti 2 manatdan başlayır. Əlavə sifarişdən asılı olaraq, qiymətlər 10 manatadək arta bilər. Yeməklərin qiyməti isə sifarişdən asılıdır. Bakı sakinlərinin daha çox sevdiyi kabab sifariş etsən, ən azı 6 manat xərcləməlisən.

Uşaqlar yeni attraksionlara ancaq kənardan baxa bilir

Bulvarın ərazisindəki uşaqların da ha çox sevdiyi attraksionlar da dəyişdirilərək yeniləri ilə əvəzlənib. Fransa və İtaliyadan gətirilmiş bu attraksionlardan istifadə baha olduğundan uşaqların böyük əksəriyyəti onda əylənə bilmirlər. Ümumiyyətlə, uşaqlar üçün nəzərdə tutulan əyləncə vasitələrinin ən ucuzunun qiyməti 1 manatdır. Bu qiymət isə yalnız Dəniz Limanının yaxınlığında olan attraksionlara aiddir. Bulvarın mərkəz hissəsində isə qiymətlər 1 manat 50 qəpik və 2 manatdır. Biz ərazidə olanda attraksionların ətrafı uşaqla dolu idi. Amma qiymətlər baha olduğundan uşaqların əksəriyyəti kənarda durub baxmaqla kifayətlənirdi. Dənizi səyahət etmək üçün ayrılan gəmini isə bu dəfə görmədik. Dənizkənarı bulvarın mühafizəçiləri gəminin təmirə dayandığını bildirdilər. Gəminin yenidən nə vaxt istifadəyə veriləcəyini isə heç kim bilmədi.
Bakı sakinləri dənizkənarı bulvarda istirahət üçün yaradılan şəraitdən razı olsalar da, qiymətlərdən narazıdırlar. Həftədə bir dəfə uşaqları Milli Parka gətirən İradə Babayeva burada olan xidmətlərdən istifadə edə bilmədiklərini deyir: "Yayda uşaqları şəhərdən kənara apara bilmədiyimdən həftədə bir dəfə bulvara gəlirik. Amma burada qiymətlər o qədər bahadır ki, məcbur olub suyu da şəhərdən alıb gətiririk. Uşaqlarımız attraksionlara həsrətdir. Əvvəlki attraksionların ən bahası 60 qəpik idi. İndi isə ən azı 2 manat verməliyik. Buna da həmişə imkanımız çatmır".
Əvvəllər günün bir hissəsini dənizkənarı bulvarda həmyaşıdları ilə söhbət etməklə keçirən 62 yaşlı Əlövsət Abbasov indi həftədə 1-2 dəfə buraya gəlir: "Təmirdən öncə özümüzlə nərd, domino, şahmat gətirib burada günümüzü keçirirdik. İndi nə o şərait var, nə də aparılan tikintilər buna imkan vermir. Elə burada da şəhərdəki kimi toz-torpaq, səs-küy əlindən dincəlmək olmur".
Dənizkənarı Bulvar İdarəsindən isə bildirirlər ki, qiymətlər bulvar ərazisində müqavilə əsasında işləyən sahibkarlar tərəfindən müəyyənləşdirilir. Hazırda isə Bulvar İdarəsində monitorinq qrupu yaradılıb. O, müqavilə əsasında fəaliyyət göstərən kafe, restoran, attraksion və ticarət obyektlərində qiymətlər və vətəndaşlara göstərilən xidmətin hansı səviyyədə olmasını araşdırır. Bundan sonra vətəndaşları aldadan və qiymətləri süni şəkildə qaldıran obyekt rəhbərlərinə ciddi xəbərdarlıq ediləcək. Eyni zamanda Bulvar İdarəsində vətəndaşların şikayətləri ilə bağlı qaynar xətt yaradılıb. Hazırda Milli Parkda fəaliyyət göstərən bütün ticarət obyektləri nömrələnib. Həmin ticarət köşklərinin qarşısına xüsusi elan vurulub və qaynar xətt nömrələri qeyd olunub. Vətəndaşlar tərəfindən daxil olan şikayətləri yerindəcə araşdırıb lazımi tədbirlər görüləcək. Dənizkənarı bulvarda qiymətlər barədə şikayəti olan vətəndaşlar 480-18-36 nömrəli qaynar xəttə müraciət edə bilərlər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.