Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Sovet dövründə insanların qüsurlu hesab etdiyi birinci mərtəbələrdən indi yaşayış sahəsi kimi deyil, obyekt kimi istifadə iqtisadi baxımdan iş adamları üçün daha sərfəlidir. Daşınmaz əmlak bazarı ilə məşğul olan ekspertlər bildirirlər ki, indi obyektə çevirmək mümkün olan mənzillərin 80 faizi ofis və ya maqazin kimi fəaliyyət göstərir. Vəziyyəti nəzərə alan tikinti şirkətləri də yeni tikilən binaların birinci mərtəbələrini obyekt kimi satmaqla daha çox pul qazanırlar. Onu da qeyd edək ki, adi mənzillərin obyektə çevrilməsi üçün əvvəlcə müvafiq orqanlardan razılıq alınmalı, sonra isə həmin mənzil obyekt formasında təmir olunmalıdır. Təmirin keyfiyyətindən asılı olaraq hər kvadratmetrə 250 manatdan 430 manatadək pul xərclənməlidir. Bundan sonra obyektin qiyməti daha da artır. Mənzilin yerləşdiyi ərazidən asılı olaraq qiymət fərqi 20 faizdən bir neçə dəfəyədək arta bilər. "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin ekspertləri bildirirlər ki, məsələn, Ağa Nemətulla küçəsində, əlverişli məkanda yerləşən "Stalin" layihəli binaların birinci mərtəbəsindəki 60 kvadratmetrlik mənzilin qiyməti 250-300 min dollardır. Artıq obyektə çevriləndən sonra həmin mənzil 750 min dollara satılır. Belə obyektin aylıq icarə qiyməti isə 4-5 min dollar civarında dəyişir. Halbuki həmin ərazidə bu qədər sahəsi olan, amma başqa mərtəbədə yerləşən digər mənzilin maksimum qiyməti 90 min dollardır. Onu ən çoxu 500-600 dollara kirayə vermək olar. Şəhərin mərkəzində hətta məhəlləiçərisi ərazilərdə də birinci mərtəbədəki mənzillər yuxarı mərtəbələrlə müqayisədə daha bahadır. Artıq ikinci mərtəbədəki mənzillərin də qeyri-yaşayış sahəsinə çevrilməsi prosesi gedir. Sahibləri bu mənzilləri daha yaşayış üçün yox, ofis kimi icarəyə verməyə başlayıblar. Lakin paytaxt sakinlərinin bu tərzdə pul qazanmaq istəyini müvafiq strukturlar düzgün saymırlar. Bir qrup millət vəkili də yaşayış sahələrinin, binaların birinci mərtəbələrinin mağaza, restoran, kafe, internet klublara çevrilməsini yolverilməz hesab edirlər. Əsas da onu göstərirlər ki, bu, binaların sakinlərinin rahatlığını pozur. Odur ki, bu məsələyə Mənzil Məcəlləsində tam aydınlıq gətirilməlidir. Xatırladaq ki, indiyədək sözügedən Məcəllə bir neçə dəfə müzakirə edilsə də, mübahisə doğuracaq məsələlər hələ də qalmaqdadır. Milli Məclisin Sosial Qanunvericilik Şöbəsinin müdiri Adilə Abbasovanın dediyinə görə, Məcəllədə müzakirəyə səbəb olmuş məqamlara dəfələrlə toxunulub: "Qeyd edim ki, oxunuş zamanı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı məsələ ciddi müzakirə obyektinə çevrilmişdi. Odur ki, biz bu məsələyə aydınlıq gətirməyə çalışmışıq. Yəni Məcəllənin 20.3-cü maddəsində göstərilir ki, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə, qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələr yaşayış sahələri olmadığı hallarda yol verilir. Bir sözlə, bundan sonra yaşayış sahəsinin yerləşdiyi mərtəbənin üstündəki mənzillərdən ofis kimi və yaxud digər qeyri-yaşayış sahəsi növü kimi istifadə etmək mümkün olmayacaq". Lakin Məcəllədəki sözügedən məqam komitə üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, millət vəkillərindən yaşayış sahəsinin üst mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi istifadəsinə qadağanın qoyulmasına etiraz edənlər də var. Əsas da o gətirilir ki, hansısa bir şəxs və şirkət çoxmərtəbəli binanın 25-ci mərtəbəsini bütövlükdə ofis kimi istifadə edir və ya etmək istəyir. Belə olan halda nə üçün həmin yaşayış sahəsinin üst mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına qadağa qoyulur? Bu suala aydınlıq gətirilmədiyi üçün problem hələ də tam həllini tapa bilmir. Məlumat üçün bildirək ki, Məcəllədə mübahisəyə səbəb olan digər məsələlər həllini tapıb. Məcəllənin 23.1-ci maddəsində qeyd olunurdu ki, yaşayış sahəsinin yenidən qurulması (əsaslı təmir) yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən mühəndis şəbəkələrinin, sanitar-texniki, elektrik və digər avadanlığın quraşdırılması, əvəz edilməsi və ya yerinin dəyişdirilməsindən ibarətdir. 28.1-ci maddədə isə göstərilir ki, mülkiyyətçi ona məxsus olan mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Millət vəkillərinin bu məsələ ilə bağlı iradlarını nəzərə alaraq 23.1-ci maddədən "əsaslı təmir" ifadəsi çıxarılıb. Bununla da hər iki maddədəki təkrarçılıq, ziddiyyət aradan qaldırılıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.