Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Avropa İttifaqı Sumqayıtın inkişaf proqramını hazırlayır

31.08.09 - 11:52254 baxılıb

Belarus investorları isə bu şəhərdə nəhəng sənaye kompleksi yaratmaq istəyir

Avropa İttifaqı Sumqayıtın inkişafı ilə əlaqədar yeni layihəni maliyyələşdirməyə razılıq verib. İttifaqın regional inkişaf üzrə eksperti Con Teyt bildirib ki, layihə Sumqayıt şəhərinin pasportunun və investisiya proqramının hazırlanmasını nəzərdə tutur. Artıq bu məqsədlə Azərbaycan hökumətinin nümayəndələrindən və müvafiq qurumların üzvlərindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupu Sumqayıtın sənaye, energetika və metallurgiya komplekslərinin vəziyyəti ilə bağlı araşdırma aparacaq, müvafiq təkliflər əsasında ölkənin ikinci sənaye şəhərinin inkişaf konsepsiyası hazırlanacaq.

İqtisadi İnkişaf Nazirliyindən bildiriblər ki, Sumqayıt Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayan şəhərlərdən hesab olunduğundan xarici investorların buraya marağı böyükdür. Avropa İttifaqının marağına da səbəb bu ərazidəki nəhəng sənaye komplekslərini sağlamlaşdıraraq yeni istehsal sahələrini yaratmaqdan ibarətdir. Sumqayıt geniş investisiya imkanlarına malikdir. Bura Fransa, İngiltərə, İtaliya, İsveç, Türkiyə və digər dövlətlərin sərmayədarları böyük maraq göstərir. Son illərdə Türkiyə iş adamları bu şəhərin müxtəlif sənaye bölmələrinə 100 milyonlarla dollar sərmayə yatırıblar. Ümumiyyətlə, son 5 ildə Sumqayıta yatırılan investisiyaların həcmi 1 milyard 500 milyon dolları ötüb. İqtisadi İnkişaf Nazirliyindən respublikamızda yaradılacaq xüsusi iqtisadi zonaların bazasını Sumqayıt şəhəri təşkil edəcəyini də bildiriblər.
Sənaye və Energetika Nazirliyindən verilən məlumata görə, Sumqayıtın kimya sənayesinin inkişafı ilə bağlı yeni dövlət proqramı hazırlanır. Sənəddə şəhərdəki müəssisələrin bərpası üçün sərmayəçilərin azad fəaliyyətinə imkan verən rəqabət mühitinin və güzəşt rejiminin yaradılması nəzərdə tutulur. Artıq xarici investorlardan müraciət edən də olub. Belarusun Sənaye və Ticarət Palatasının nümayəndələri Azərbaycana səfər zamanı Sumqayıtda bir neçə layihəyə kapital qoymaq barədə təklif irəli sürüblər. Belarus investorları Sumqayıtın sənaye potensialının imkanlarını yüksək dəyərləndirib və burada nəhəng sənaye kompleksinin yaradılmasını təklif edir. Belarus iş adamları xüsusilə də kimya, maşınqayırma, metallurgiya sahələrinə maraq göstərirlər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.