Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Sarkisyan hökuməti böhrandan çıxmaq üçün 100 min dramlıq əskinasları dövriyyəyə buraxıb
Ermənistanda Mərkəzi Bank Şurasının qərarı ilə avqustun 24-də 100 min dramlıq əskinaslar dövriyyəyə buraxılıb. Ermənistan hökumətinin bu addımı bir daha ölkədə inflyasiyanın yüksək səviyyədə olmasından və hakimiyyətin dünya maliyyə böhranı qarşısında aciz qalmasından xəbər verir. Ekspertlər bildirirlər ki, yeni əskinaslar pul bazarını daha da pisləşdirəcək. Erməni iqtisadçısı Andronik Tevonyan bildirib ki, hökumət milli valyutanın məzənnəsini saxlaya bilmir. Ölkənin daxili valyuta ehtiyatları 1 milyarddan artıq deyil. Bu isə üç aylıq idxal ödənişini təmin etməyə imkan verir. Hökumət hazırda təhlükəli vəziyyətlə üzləşib. Xarici maliyyə təşkilatlarından maliyyə yardımı olmadığından ölkəni iqtisadi fəlakət bürüyəcək. Dramın devalvasiyası dərinləşəcək və inflyasiya yüksələcək. İlin sonuna kimi inflyasiya 20 faizi ötəcək.
Erməni ekspertlərinin qeyd etdiyi kimi, vəziyyətin ağır olması və iqtisadi böhranın dərinləşərək siyasi böhrana yol açması Sarkisyan hökumətinin ciddi narahatçılığına səbəb olmaqdadır. Xarici ölkələrdəki erməni lobbisinin və biznes dairələrinin Sarkisyan hökumətinə olan dəstəyinin itməsi hökumətin durumunu ağırlaşdırıb. Hökumət vəziyyətdən çıxış yolu kimi islahatlara başlamaq məcburiyyətində qalıb. Ermənistan Nazirlər Kabineti hökumətin tərkibinin dəyişdirilməsinə başlayıb. Bir neçə nazir və müavinlərinin dəyişdirilməsi ilə bağlı siyasət isə heç bir effekt vermir. Nəqliyyat, kənd təsərrüfatı, iqtisadiyyat nazirlərinin və müavinlərinin istefaya göndərilməsi və yeni kadr təyinatları böhrandan çıxmağa imkan vermir. Artıq Serj Sarkisyan bu addımların əhəmiyyətsiz olduğunu anlamağa başlayıb. Xatırladaq ki, son bir ayda Ermənistanda şəkərin, şəkər tozunun, yağın qiyməti 25 faiz bahalaşıb. Şəkər tozunun bir kq-ı 300 drama satılır. Eləcə də süd, ət və ət məhsulları, digər yeyinti malları bahalaşıb. 1 kq kərə yağı 2.270 drama, 1 litr günəbaxan yağı 1000 drama satılır. Hökumət bu malların qiymət artımını dünya bazarındakı bahalaşma (dünya bazarında, əksinə, qiymətlər ucuzlaşıb) ilə əlaqələndirərək xüsusi komissiya yaradıb. Onu da qeyd edək ki, hökumət bu malların qiymət artımında sözügedən qurumları günahkar sayır. Xüsusilə də Kənd Təsərrüfatı Nazirliyi yerli istehsalın həcminin azalmasına görə tənqid olunur. Ermənistandakı ağır vəziyyət Müstəqil Dövlətlər Birliyinin bir neçə gün əvvəl açıqladığı hesabatda da öz əksini tapıb. Ermənistan iqtisadiyyatı geriləməyə məruz qalan ölkələr içərisində ilk yerlərdə durur. Ölkənin iqtisadiyyatında 17 faiz azalma müşahidə olunub. Bu ölkənin milli məhsul istehsalının aşağı düşməsilə, bütün iqtisadi sferaların böhran nəticəsində müflis olması ilə bağlıdır. Maliyyə sektorunda ən ağır vəziyyətlə üzləşən bank və investisiya bazarı demək olar ki, fəaliyyət göstərmir. Milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün xaricdən cəlb olunan valyuta ehtiyatları tükəndiyindən maliyyə sektoru iflic duruma düşüb. Ölkənin iqtisadi əsaslarından hesab olunan sənaye bölməsində istehsal ötən illə nisbətdə 10 faizdən çox, əsaslı kapital qoyuluşu iki dəfədən də çox azalıb (55 faiz) və demək olar ki, Ermənistana bu ilin ilk 6 ayında sərmayə qoyulmayıb. Yükdaşınmaların həcmi də aşağı düşüb və sahədə ciddi kəsirlər qeydə alınmaqdadır. Üstəlik xarici dövlətlərdən bu ölkəyə idxal olunan malların qiymətində 8,5 faiz artım nəzərə çarpır. İstehlak mallarının dövriyyəsində 14 faizdən çox azalma müşahidə olunur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.