Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Mərkəzi Bank Dövlət Neft Şirkətinə 750 milyon manat kredit verib

07.09.09 - 10:49312 baxılıb

Elman Rüstəmov: "İndiyədək bir sıra şirkətlərə 2 milyard manat həcmində maliyyə yardımı etmişik"

Mərkəzi Bank dövlət başçısının tövsiyələrinə uyğun olaraq banklarla yanaşı, iri şirkətlərə və konsernlərə də maliyyə yardımı göstərməyə başlayıb. Xatırladaq ki, Prezident İlham Əliyev ilin əvvəllərində dünya böhranı ilə əlaqədar Azərbaycanın xarici banklarda saxlanılan valyuta ehtiyatlarının bir hissəsinin ölkədəki şirkətlərə verilməsi barədə müvafiq orqanlara, o cümlədən Mərkəzi Banka tapşırıq vermişdi. Bununla bağlı olaraq MB bir sıra addımlar atıb və indiyədək bəzi şirkətlərə 2 milyard manat həcmində maliyyə yardımı edib. Bank təkcə Dövlət Neft Şirkətinə 750 milyon manat maliyyə dəstəyi göstərib.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun qeyd etdiyinə görə, həmin vəsaitlər DNŞ-ə kredit şəklində 7 illiyə (illik 3 faizlə) verilib. Bu pullar DNŞ-nin xarici borclarının ödənilməsinə və şirkətin investisiya siyasətinin reallaşmasına yönəldilib. Bunun nəticəsində Neft Şirkəti 2009-cu ildə bir neçə iri layihə həyata keçirib, əsasən də qaz ixracı və yanacağın hasilatının artırılması ilə bağlı mühüm irəliləyişlərə nail olub. Bundan başqa, Mərkəzi Bank alüminium sənayesinin dirçəldilməsinə kreditlər yönəldib. Qeyri-neft və sənaye sahələrində fəaliyyət göstərən konsernlərin də maliyyə təminatı həll edilib. Yeri gəlmişkən, MB-nın dəstək siyasəti tikinti bölməsində də dinamik inkişafa səbəb olub. Artıq tikinti şirkətlərində canlanma hiss olunur, yeni tikilən binalarda müqavilələrin bağlanması çoxalıb. Eləcə də mənzillərin qiymətlərində enmə müşahidə edilmir, sabit qiymət tempi nəzərə çarpır.
E.Rüstəmov Mərkəzi Bankın real sektora və banklara da yardım etdiyini bilidirib. Məsələn, "Unibank"a 60 milyon manat kredit verilib. Ümumiyyətlə, MB ötən müddət ərzində banklara dəstək siyasətini davam etdirib. Bunun nəticəsində ilin ilk rübündə bank və maliyyə sektorunun bir sıra sahələrində müəyyən azalma meyilləri müşahidə edilirdisə, hazırda bu istiqamətdə əhəmiyyətli dərəcədə pozitivlik hiss olunur. Bankların maliyyə ehtiyacları ilə bağlı problemlər tamamilə aradan qalxıb. Onların xarici borcu da azalıb. Belə ki, əgər mart ayında Azərbaycan banklarının ümumilikdə, xarici maliyyə qurumlarına olan borcu 1, 9 milyard dollara çatmışdısa Mərkəzi Bankın bank bazarının dəstəklənməsi ilə bağlı həyata keçirdiyi siyasət nəticəsində onların bu problemi də aradan qalxıb və bankların xarici borcları əhəmiyyətli dərəcədə azalıb. Hətta onlar yenidən xarici maliyyə təşkilatlarından böyük həcmdə kredit almağa başlayıblar. Təkcə son aylarda onların xarici qurumlardan aldığı kreditlərin məbləği 400 milyon dolları ötüb.
E.Rüstəmov ilin əvvəllərindən başlayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkənin valyuta ehtiyyatlarında azalma baş verdiyini də gizlətməyib. Ölkəmizin strateji valyuta ehtyiatları son bir ildə 18 faizdən çox azalıb. Bu, 1 milyard manat pul deməkdir. Amma baş bankir nikbindir, onun fikrincə, gələn il neftin bir barelinin qiyməti 75 dollar olacaq ki, bu da ölkəmizin strateji valyuta ehtiyatlarının artaraq 18 milyard dolları ötməsinə səbəb olacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.