Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məktəblərdə keyfiyyətsiz qida mallarının satışı araşdırılacaq
Təhsil Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) ilə birgə yeni tədris ili ərəfəsində orta ümumtəhsil məktəblərində yoxlamalara başlayıb. Nazirlikdən bildirildiyinə görə, yoxlamaların məqsədi orta məktəblərin tədrisə hazır olub-olmamasını müəyyənləşdirməkdən və məktəblərdəki texniki-təchizat işlərinin, eləcə də bufetlərdə verilən qida məhsullarının keyfiyyətinin hansı vəziyyətdə olmasını öyrənməkdən ibarətdir. Orta məktəblərdə sanitar vəziyyətin araşdırılması da yoxlama predmeti olacaq. "Donuz qripi" ilə bağlı narahatlıq keçirən Təhsil Nazirliyi məktəblərin dezinfeksiya olunması barədə məktəb rəhbərlərinə ciddi tapşırıqlar verib. Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Zəminə Əliqızının sözlərinə görə, "donuz qripi" ilə bağlı müəyyən narahatçılıq olsa da, hələ ki, orta məktəblərdə və bağçalarda ciddi profilaktik tədbirlərə ehtiyac yoxdur. Amma buna baxmayaraq yeni dərs ili başlanandan sonra şagirdlər arasında maarifləndirmə işlərinə start veriləcək. Qeyri-hökumət və ya beynəlxalq təşkilatların da bu istiqamətdə maarifləndirmə işləri aparmaq istəyi təmin olunacaq. Ümumiyyətlə, Təhsil Nazirliyi uşaqların sağlamlığını, gigiyena və sanitariya vəziyyətini bir nömrəli məsələlərdən hesab edir. Məktəb və məktəbəqədər uşaq müəssisələrində uşaqların sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti ilə yanaşı, onların istifadə etdiyi qida məhsulları da yoxlanılacaq. TN məktəblərdə keyfiyyətsiz qida məhsullarının satışının qarşısının alınması üçün ciddi addımlar atmaq fikrindədir. Respublika Gigiyena ve Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Şöbəsinin müdiri İmran Abdullayev isə hesab edir ki, keyfiyyətsiz məhsullara hər yerdə, o cümlədən məktəblərdə də rast gəlinə bilər. Ona görə də Mərkəz məktəb və bağçalarda qida məhsullarının keyfiyyətini araşdırmaq niyyətindədir. Son günlər bir sıra mağazalarda vaxtı ötmüş məhsulların, xüsusilə də kolbasa və süd məhsullarının, şokaladların, sərinləşdirici içkilərin, qaymağın, şirniyyatların, suların, dondurmaların, yoqurtların satışı çoxalıb. Onların tərkibində müxtəlif yararsız mikroorqanizmlərə rast gəlinir. Hazırda ən çox istifadə olunan məhsul sərinləşdirici içkilər və dondurmalardır. Dondurmalara marqarin, müxtəlif piylər qatılır. Həmin məhsulun çoxusu keyfiyyətsizdir. Eləcə də "Narzan", "Yessentuki", "Qax suyu", "Borjomi", "Sirab", "Slavyanka" sularının keyfiyyətsiz oxşarı çoxalıb. Bu mallar uşaqların sağlamlığı üçün xüsusi təhlükə törədə bilər. Bu qida məhsulları zəhərlənmələrə və uzun müddət mədə xəstəliklərinə gətirib çıxarır. Hətta zəhərlənmələrin daha ağır formalarına da rast gəlinə bilər. Qeyd olunan mallar daha çox topdansatış mərkəzlərində olur. Orta məktəblərdə satılan həmin məhsulların hansı topdansatış şəbəkəsindən gətirilməsi isə bir çox hallarda məlum olmur. Respublika Gigiyena ve Epidemiologiya Mərkəzi Təhsil Nazirliyinə təklif edir ki, məktəb və bağçalara verilən qida malları qaimələr əsasında tanınmış supermarketlərdən alınsın. Bu, təhlükəsizlik üçün çox mühüm əhəmiyyət daşıya bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.