Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycanda tank, vertolyot və pilotsuz təyyarə istehsal olunacaq

07.09.09 - 10:51476 baxılıb

Müdafiə Sənayesi Nazirliyi 29 adda hərbi təyinatlı məhsulun istehsalına başlayıb

Azərbaycanda hərbi sənaye bölməsi yenicə formalaşsa da ölkəmizdə hərbi təyinatlı məhsulların istehsalı ilə bağlı layihələrin sayı xeyli çoxdur. Müdafiə Sənayesi Nazirliyi ilin sonuna kimi ən müasir hərbi məhsulların istehsalına başlamaq niyyətindədir. Nazirlikdən verilən xəbərə görə, hökumət bu məhsulların istehsalı üçün hərbi-sənaye kompleksinə böyük məbləğdə vəsait ayırıb.
Təkcə ötən il bu sahəyə 100 milyon manatdan artıq vəsait yönəldilib. Artıq indiyədək 29 adda silah, döyüş sursatı və onların ehtiyat hissələrinin istehsalına başlanılıb. Respublikamızın istehsalı olan "İstiqlal" snayper tüfəngi bir çox dövlətlərin hərbi strukturları tərəfindən yüksək dəyərləndirilir. 3 km. məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən unikal silah olan "İstiqlal" snayperi bir çox dövlətlərin anoloji silahını geridə qoyur.
Azərbaycanda ən ağır hərbi texnikaların istehsalına da hazırlıq işləri gedir. Müdafiə Sənayesi Nazirliyi motodor və morodor tipli zirehli texnikanın ilk nümunələrini nümayiş etdirib və gələn il həmin texnikaların istehsalına başlanılması nəzərdə tutulur. Bölgələrdə də hərbi sənaye müəssisələrinin yaradılması ilə bağlı layihələr hazırlanıb və yaxın illərdə Gəncə, Xaçmaz və digər rayonlarda müxtəlif təyinatlı hərbi məhsulların istehsalı planlaşdırılır. Ümumiyyətlə, 2011-ci ilə kimi 53 hərbi sənaye obyektinin yaradılması və yenidən qurulması nəzərdə tutulub.
Azərbaycanın istehsal etdiyi bir sıra hərbi təyinatlı məhsullar xarici ölkələr tərəfindən maraqla qarşılanıb. "Alov" zavodunda Belarus hökuməti ilə birgə optik cihazlar və naviqasiya sistemleri istehsal edilir. Eləcə də Türkiyə hərbi sənaye sektorunda bir sıra layihələrin reallaşdırılmasını təklif edib. Türkiyənin məşhur "Aselsan", "Roketsan" və digər şirkətləri ölkəmizin hərbi sənaye gücündən yararlanmaq niyyətindədir. Azərbaycan yaxın illərdə Türkiyə ilə birlikdə vertolyotların istehsalına başlamağı nəzərdə tutur. Pakistan hökuməti ölkəmizə məxsus müdafiə sənayesi məhsulları ilə maraqlanır. İsrail isə Azərbaycanla birgə pilotsuz uçan aparatların istehsalına başlamaq istəyir. Ölkəmizdə yığılacaq bu aparatların bəzi elektrooptik sistemləri Azərbaycanın müəssisələrində istehsal olunacaq. Gələcəkdə isə pilotsuz uçan aparatların və insansız sualtı aparatların istehsalının birbaşa ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.