Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Ali təhsil ocaqlarında ödəniş haqları artıb

14.09.09 - 10:11603 baxılıb

Təhsil Nazirliyi təhsil haqqının yalnız Tarif Şurasının qərarı ilə artırılıb-azaldıldığını bildirir

Rövşən Ağayev: "Avropa ölkələrinin bir çoxunda dövlət ali məktəblərində təhsil bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur"

Gələn həftə növbəti tədris ili başlayır. Yeni tədris ilini əksəriyyət sevinclə qarşılasa da, problemlə üzləşənlər də az deyil. Belə ki, 2009-2010-cu tədris ili üçün bir çox dövlət və özəl universitetlərdə ayrı-ayrı ixtisaslar üzrə təhsil haqları qaldırılıb. Aparılan araşdırmalara görə, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsilin minimum qiyməti 430, maksimum qiyməti 2 000 manat təşkil edir. Özəl universitetlərdə minimum məbləğ 1200, maksimum məbləğ isə 4 000 manatdır. Siyahıda ilk üç yeri Qafqaz, Xəzər və Azərbaycan universitetləri tutur. Qeyd edək ki, hələ bir müddət öncə ali məktəblərdə ödənişli fakültələrin təhsil haqqının artırılması ilə bağlı Təhsil Nazirliyi Tarif Şurasına müraciət etsə də, təklif müsbət dəyərləndirilməmişdi. Tarif Şurasından aldığımız məlumata görə, təhsil haqlarının qaldırılması ilə əlaqədar heç bir qərar verilməyib. Bu cavab göstərir ki, qiymətlər dövlət və özəl ali məktəblərin özləri tərəfindən artırılıb.Təhsil Nazirliyinin isə bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, bütün ali məktəblərdə təhsil haqqı İqtisadi İnkişaf Nazirliyinin Tarif Şurasının qərarı ilə tənzimlənir. Heç bir təhsil müəssisəsinin təhsil haqlarında bu və ya digər dərəcədə dəyişiklik etməyə ixtiyarı yoxdur.
Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev xüsusən özəl ali məktəblərdə vəziyyətin ürəkaçan olmadığını bildirdi: "Heç bir səbəb göstərilmədən təhsil haqlarını kəskin şəkildə qaldırıblar. Belə bir şəraitdə təhsil haqlarının qaldırılması yolverilməzdir. Universitet rəhbərlərinin gətirdiyi arqument belədir ki, guya Tarif Şurası qərar verib. Amma bu əsassız arqumentdir. Belə götürək ki, özəl tədris müəssisələri qiyməti qaldırıb, onların dövlətdən bir o qədər asılacağı yoxdur. Bəlkə də dövlət büdcəsindən maliyyələşmədiklərini əsas gətirib, xərclərinin qarşılanmadıqlarına görə tarifləri artırıblar. Bəs 100 faiz büdcədən maliyyələşən dövlət ali məktəblərində təhsil haqları niyə get-gedə yüksəlir? Hesab edirəm ki, dövlət bu sahəyə nəzarəti gücləndirməlidir".
Son altı ildə təhsil haqlarının orta hesabla 2-3 dəfə artdığını vurğulayan ekspertin qənaətinə görə, Azərbaycanda elə bir özəl məktəb yoxdur ki, orada təhsilin səviyyəsi xidmət tariflərinə uyğun olsun: "Özəl məktəblərin çoxunda dövlət ali məktəblərinin magistrantları dərs deyir. Digər tərəfdən, əgər o ali məktəblərin diplomları sərhəddən kənarda tanınmırsa, orada hansı xidmətin səviyyəsindən danışmaq olar?".
İqtisadçı Rövşən Ağayevin qənaətinə görə, dövlət ali təhsil sisteminin, xüsusilə də ödənişli təhsilin hüquqi tənzimlənməsi sahəsində kifayət qədər ciddi problemlər var: "Bu problemlər insanların, xüsusən də sosial baxımdan zəif təbəqələrin ali təhsilə bərabər çıxış imkanlarını məhdudlaşdırır. O cümlədən təhsillə bağlı konstitusion hüquqların pozulmasına şərait yaradır. Qüvvədə olan qanunvericiliyə əsasən dövlət ödənişli təhsil sistemində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirməlidir".
Təhsil haqlarının səviyyəsi və ödənişli təhsilin nisbətinin hansı meyarlarla müəyyən olunmasına gəlincə, R.Ağayev pullu təhsilin tətbiqində Rusiya modelinin seçildiyini bildirdi: "Bu ölkədə təhsil alan bütün tələbələrin 57 faizi, o cümlədən dövlət ali məktəblərində oxuyanların 52 faizi ödənişli ixtisaslarda təhsil alır. Təhsil haqları isə kifayət qədər yüksəkdir. Bu ölkədə Harvard Universitetinin tarifləri ilə (təxminən 10-12 min dollar) tələbə qəbul edən təhsil müəssisələri var. Əhalisinin yaşayış səviyyəsinə (əməkhaqqı, adambaşına düşən milli gəlir) görə Rusiya və Azərbaycanı azı 15-20 dəfə geridə qoyan inkişaf etmiş Avropa ölkələrinin bir çoxunda dövlət ali məktəblərində təhsil bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur. Yaxud da təhsil haqları olduqca azdır (məsələn, indi Azərbaycanda əhalinin ödədiyi haqlara yaxın bir məbləğ). Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur. Azərbaycandan fərqli olaraq bu ölkələrin hərəsinin bir neçə universiteti dünya universitetlərinin reytinq cədvəlinə düşüb. Məzunların əhəmiyyətli hissəsi (azı 70-75 faizi) təhsilini başa vuran kimi öz ixtisasları üzrə işə cəlb olunur və onların illik qazancları bir illik təhsil haqlarını azı bir neçə dəfə üstələyir".
İqtisadçı Əli Əlirzayev hələ ötən ilin əvvəlindən təhsil haqlarında artım baş verəcəyinin gözlənildiyini bildiridi: "İstər dövlət, istərsə də özəl ali təhsil ocaqlarının bəzi fakültələrində təhsil haqqı hər il ölkədəki inflyasiyaya uyğun artır. Lakin bu artımın həcmi kiçik olduğundan, diqqət çəkmirdi".
Müsahibimizin sözlərinə görə, burada tariflərin qaldırılmasından başqa əsas narahatlıq doğuran məsələ ödənişli yerlərin sayının ödənişsizləri ildən-ilə üstələməsidir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.