Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hərçənd bu barədə qanun biznesdə ortaya çıxan bəzi problemləri qanunla həll etməyə imkan verə bilər
Rusiyada banklara borcunu qaytara bilməyən şəxslər özlərini müflis elan etməklə, bu borclardan yaxalarını qurtara biləcəklər. Ekspertlərin vədlərinə inansaq, Rusiyada bununla bağlı hazırlanan qanun layihəsi ölkə vətəndaşlarına həyatlarını yenidən qurmağa imkan verməlidir. Rusiya hökuməti fiziki şəxslərin müflisləşməsi barədə qanun hazırlayıb. Qanunda nəzərdə tutulur ki, banklara 50 min rubldan, yəni təqribən 1500 dollardan artıq borcu olanlar borcdan qanuni şəkildə azad ola biləcəklər. Şəxs müflis elan olunandan sonra onun borcu ya 5 il müddətinə uzadılacaq, ya da müsabiqə yolu ilə silinəcək. Qeyd edək ki, hazırda Rusiyada müflisləşmə qaydası yalnız hüquqi şəxslərə, yəni şirkətlərə aiddir. Adi şəxslər isə borcdan ölümlə də qurtara bilmirlər. Öləndə onun borcu varislərinə keçir. Hərçənd Avropa və Amerikada fiziki şəxslərin müflis elan olunması qaydası çoxdan mövcuddur. Amma bu qaydalara görə, fiziki şəxslər özlərini müflis elan edəndə, onların evi və yaşamaq üçün zəruri olan əmlakı özlərində qalır. İndi Rusiyada hazırlanan qanun layihəsinə görə, kiminsə banka 1500 dollardan artıq borcu varsa və onu yarım il ərzində ödəyə bilmirsə, özünü müflis elan etmək üçün məhkəməyə üz tuta bilər. Eyni zamanda bu barədə elan dərc olunmalıdır. Məhkəmənin qərarı ilə həmin şəxsin borcları 5 il müddətinə uzadıla bilər. Amma vətəndaşların bu qaydalardan sui-istifadə edib borclardan yayınmaması üçün adamlar özlərini 5 ildə yalnız bir dəfə müflis elan edə bilərlər. Əgər borcun müddətini uzatmaq mümkün olmursa, yəni vətəndaşın gəlirləri buna imkan vermirsə, onun əmlakı hərraca çıxarılır. Amma hətta bu halda da vətəndaşın yeganə evini və ya torpaq sahəsini əlindən almaq olmaz. Əgər bunlar girov qoyulmayıbsa. Bundan başqa, borclunun əlindən ev əşyalarının və pul qazandığı vasitələrin alınmasına da imkan verilmir. Məsələn, borcu olan şəxs taksi sürücüsüdürsə, onun əlindən taksini almaq olmaz və s. Yeri gəlmişkən, bu qanun vətəndaşın alimentdən başqa bütün borclarının, o cümlədən vergi öhdəliklərinin müddətini də uzatmağa imkan verir. Yeganə problem odur ki, banklar bu qanunun qəbuluna mane ola bilər. Amma ekspertlər bildirir ki, banklar bu vəziyyətlə razılaşmalıdırlar. Çünki məhz onların müştərini yaxşı qiymətləndirməməsi hər iki tərəf üçün problemlər yaradıb. Azərbaycanda da banklara kifayət qədər borcu olanlar var. Təsadüfi deyil ki, artıq yerli bankların qara siyahısı da mövcuddur ki, bura kredit borclarını ödəməyənlər və ya ödənişdə müəyyən problemlər yaradan insanların adları daxildir. Amma nədənsə, bizdə özünü müflis elan edərək borclardan qanuni yolla yaxa qurtarmağa çalışanlar yoxdur. Məlumat üçün bildirək ki, 1997-ci ildə ölkəmizdə qəbul olunmuş "Müflisləşmə və iflas haqqında" qanun var. Bu qanun ödəmə qabiliyyəti olmayanların müflisləşməsi prosedurunu müəyyən edir. Amma hələlik bu qanundan istifadə geniş yayılmayıb. Hüquqşünasların söylədiklərinə görə buna səbəb qanun barədə məlumatın azlığı və qanunun məhz hansı münasibətləri tənzimləməsi məsələsinin dəqiqləşməməsidir. Hərçənd bu qanun biznesdə ortaya çıxan bəzi problemləri qanunla həll etməyə imkan verə bilər. İki ay müddətində borcunu qaytara bilmirsənsə, demək ödəmə qabiliyyətin yoxdur və özünü müflis elan edə bilərsən. "Müflisləşmə və iflas haqqında" qanuna görə, borclarını ödəyə bilməyən şəxs məhkəməyə müraciət edib, özünü müflis elan edə bilər. Qanunla bunun iki yolu var. Borcu qaytarmaq üçün ya pulun olmalıdır, ya da əmlakın. Vətəndaşın pulu yoxdursa və kreditordan qaçırsa, bu düzgün addım deyil. Nə vaxta qədər qaçmaq olar ki... Sadəcə olaraq qanun əgər buna imkan verirsə, həmin şəxs müflisdir, iflas prosesini başlaya bilər. Müflis elan olunmaq üçün məhkəməyə müraciət edən şəxs bu barədə azı iki dəfə mətbuat vasitəsində elan verməlidir. Amma hüquqşünaslar bildirirlər ki, 1997-ci ildə qəbul olunmuş qanunda bəzi çatışmazlıqlar var. Qanuna görə, müəssisənin borcları onun nizamnamə fondunun 10 faizindən çox olsa, o, müflisləşmə prosesinə başlaya bilər. Məsələn, indi kifayət qədər tanınan və milyonlarla manat dövriyyəsi olan məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə fondu 50-100 manatla ölçülür. Belə çıxır ki, həmin müəssisənin 15 manatlıq problemli borcu olsa, onun müflisləşmə qorxusu var. Müflisləşmə prosesini özü başlaya bilən hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlarda, yəni fiziki şəxslərdə bu barədə məhkəmə qərarı olmalıdır. Fiziki şəxsin öz borclarını ödəyə bilmədiyi məlum olandan sonra işə məhkəmə qarışır. Məhkəməyə müraciət etdikdən sonra onun öz əmlakı üzərində sərəncam vermək səlahiyyətləri dayandırılır və yaxud keçir müvafiq məhkəmə tərəfindən müəyyən olunmuş əmlak inzibatçısına. Yəni həmin şəxs başlayır onun əmlakını idarə etməyə. Həmin əmlakın satılmasından borcların ödənilməsinə kimi. Amma bir həqiqət də var ki, müflisləşmənin yaratdığı imkanlardan fırıldaqçılar da faydalanmaq istəyirlər. Hətta pulu olan da özünü müflis elan etməklə borcdan yaxa qurtarmağa çalışa bilər. Məsələn, ola bilsin hansısa şəxs əmlakını gizlədir. Hər bir şəxs onu deyə bilər ki, mən müflisəm, pulum yoxdur. Azərbaycanda çox rast gəlinən haldır ki, əmlak hüqiqi şəxsin adında yox, başqa şəxsin adına ola bilər. Əslində isə həmin şəxsin hər şeyi var. Belə halda şəxsin doğrudan da pulu qaytara bilmədiyini, yoxsa, borcluları aldatdığını məhkəmə aydınlaşdırmalıdır. Amma heç müflisləşmə də bəzən bütün problemləri həll etmir. Əvvəla borcu olan şəxs bəzi ödənişləri, məsələn, alimenti ödəməlidir, bundan başqa, kimsə götürdüyü kreditə görə əmlakını girov qoyubsa və krediti qaytarmırsa, istənilən halda onun əmlakı əlindən çıxacaq. Əlbəttə ki, Azərbaycan bankları müflisləşmə haqqında qanundan və onun imkanlarından yaxşı xəbərdardırlar. Qanunun geniş tətbiq olunmamasının səbəbi əhalinin bu barədə məlumatsız olması və müflisləşmə prosedurunun mürəkkəbliyidir. Həm də kreditlərin çoxu girovla verildiyinə görə, onsuz da pul qayıtmasa, girov banka keçəcək. O ki qaldı fiziki şəxslərə, bununla bağlı qanunda bəzi boşluqlar olduğuna görə qanun tam mənada işləyə bilmir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.