Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Onunla salamlaşanda istər-istəməz ruhuna bir rahatlıq hakim olur. Üzün günəşdən sonra açılan səma kimi işıqlanır. Onun sadəliyi sənə də sirayət edir.
Mən Fikrət Nuriyevi belə tanıyıram. Onu ilk dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 11 il əvvəl görmüşəm. Ötən illər ərzində zaman saçlarının ağını bir az da tündləşdirib, zahiri görkəminə hiss ediləcək dərəcədə əl gəzdirib. Amma xarakterinə toxunmağa cəsarət etməyib. Uşaqlıq dostlarnın dediyinə görə, elə o, ağlıkəsəndən belədir. Xoş ünsiyyət qurmaq istəyi alnına yazılıb. Lovğalıqdan, xüdpəsəndlikdən uzaq adamdır. Baxmayaraq ki, özünü çoxlarından fərqləndirməyə «əsası» da var idi. Rəhmətlik atası uzun müddət rəhbər vəzifələrdə işləyib. Zaqafqaziya üzrə dəmir yolu sədrinin birinci müavni olub. Elə Fikrət müəllimin özü də cəmiyyətdə sayılıb-seçilən qurumlarda çalışıb. Sadəliyindən qidalanan işgüzarlığı, istedadı onu vəzifədən-vəzifəyə çəkib aparıb. Heç bir vəzifədə vicdanını, səmimiyyətini nəyəsə qurban verməyib. Necə deyərlər, işin düzələninə gedib. Deyir ki, Bakının rayonlarının birində o vaxt böyük səlahiyyətlərə malik olan xalq nəzarəti komitəsinin sədri işləyirdim. Siqnal gəldi ki, filan mağazada minlərlə sayda az tapılan xarici qida məhsulu ikiqat qiymətinə satılır. Təcili qrup yaradıb yoxlama apardıq. Deyilənlər təsdiqini tapdı. Mən əslində akt bağlayıb, məhsulu müsadirə edib, işi prokurorluğa verməli idim. Nəticədə məsul şəxs soğan kimi soyulacaq, sözügedən qida məhsulları alıcılara bəlkə daha da baha qiymətə satılacaqdı. Mağaza müdiri, əlbəttə, xalqı aldatdığına görə nifrətə layiq idi. Amma ailə sahibi idi. Özümü bir anlıq ata kimi onun yerinə qoydum. Atasız uşaqların aqibəti gözlərim önünə gəldi. Ehtiyac onları əxlaqsızlığa, xuliqanlığa sürükləyəcəkdi. Düşündüklərimdən dəhşətə gəldim. Mağaza müdiri yalvarır və rüşvət təklif edirdi. Mən ona dedim: “Gəl belə edək, bu məhsulların öz qiymətinə yarmarka şəklində açıq satışını təşkil edək. Qiymətdə itirəcəyin, yəqin ki, mənə təklif etdiyin rüşvətdən az olacaq”. Sevincindən az qaldı əlimdən öpə. Beləliklə, həm camaat qazandı, həm də bir ailə bədbəxtçilikdən qurtuldu. F. Nuriyevin əmək fəaliyyəti illərində belə hadisələr saysız-hesabsızdır. Azərbaycan KP Mərkəzi Komitəsində işlədiyi illərdə də vəzifənin verdiyi imkanlar daxilində haqsızlığa məruz qalan insanların ümid yerinə çevrilməyə çalışırdı. Fikrət müəllim üçün deputatlığı dövrü xüsusilə unudulmazdır. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə Prezidentin iştirakı ilə respublikamızın müstəqilliyi elan edildi. Zalda ilk dəfə olaraq üçrəngli bayrağımız dövlətçiliyimizin rəsmi atributu kimi dalğalandı. Bu bayrağın rəsmiləşməsi anlarının iştirakçılarından biri də Fikrət müəllim idi. Müqəddəs bayrağımızın zala gətirilməsi deputatlar içərisindən məhz ona həvalə olunmuşdu. Müstəqilliyimizin ilk ili Fikrət müəllim hələ dirçəldilməsi uzun, yorucu zəhmət tələb edən turizm sahəsində fəaliyyətə başladı. Onu Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsinə göndərdilər. İnqilablar, naşı adamlar Şuranı, demək olar ki, tamamilə yararsız hala salmışdı. Mərkəzi aparat nə edəcəyini bilmirdi. Çaşqınlıq, məğlubiyyətlə barışmaq hissi heç bir nicat yeri qoymamışdı. Səttar Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqına lider seçilməsi, elə ilk günlərdən o dövrün yüksək çinli məmurlarının dağıdıcı siyasətinə qarşı mübarizəsi bu qurumun, eləcə də onun nəzdində fəaliyyət göstərən turizm və ekskursiyalar şurasının xilasına, yenidən fəal həyata qayıtmasına ümidlər yaratdı. Həmkarlar ittifaqının digər əmlakı, mülkiyyəti kimi turist bazaları da əsl sahiblərindən alınmaq ərəfəsindəydi. Bu proses təkcə Azərbaycanda deyil, bütün keçmiş postsovet məkanında gedirdi. S. Mehbalıyev, silahdaşları, o cümlədən F. Nuriyev haqq, ədalət yerini tapana qədər, şişirtmə olmasın, bir ömrə bəs edən əziyyət çəkdilər. Onların mətanəti, əqidələrindən, mübarizələrindən geri çəkilməmələri nəticəsində keçmiş SSRİ respublikalarından təkcə Azərbaycanda həmkarlar ittifaqlarının sağlamlıq ocaqları, turist bazaları qorunub saxlanıldı. Fikrət müəllim o günləri belə xatırlayır: bir regiondakı turist bazasından münaqişəni həll edib. Bakıya çatanda digər regionda olan turist bazamıza yerli hakimiyyət tərəfindən hücum barədə xəbər gəlirdi. Necə deyərlər, əl-üzümüzə su vurmamış ora yollanırdıq. F. Nuriyev o mübarizələrin hədər getmədiyinə sevinir: «AHİK sədri, millət vəkili S. Mehbalıyevin başçılığı ilə biz bu gün işçilərin, onların ailə üzvlərinin böyük məmnuniyyətlə dincəldiyi turizm şəbəkəsi qura bilmişik»,-deyir. -«Biz bu şəbəkəni daim təkmilləşdirir, müasirləşdiririk». İki gündən sonra Fikrət müəllimin 60 yaşı tamam olur. Amma qurub yaratmaq arzuları o qədər çoxdur ki, onları reallaşdırmaq üçün hələ ən azı 60 il də yaşamalıdır. Deyirlər ürəyi təmiz, saf niyyətli, xeyirxah insanlar qocalmır. Fikrət müəllim bu deyimin canlı təsdiqidir. Sizə uzun ömür, bitib-tükənməyən daxili cavanlıq arzusu ilə Bəyalı SAFAOĞLU.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.