Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yusif bəy Həşim bəy oğlu Yusifbəyli 1852-ci ildə Gəncədə tanınmış ziyalı ailəsində anadan olmuşdur. O, Nəsib bəy, Həmid bəy və Eyyub bəy kimi istiqlalı canlarından şirin bilən oğullar tərbiyə etmişdir. Atası Həşim bəy Gəncə xanı Cavad xanın vəziri Usub bəyin nəvəsi idi. Ulu baba Usub bəyin igid oğlu Eyyub bəyin oğludur. Yeri gəlmişkən, 1804-cü ildə Cavad xan şəhid olanda rus zabiti onun meyidinə tüpürmək istəyib. Mərhumun qayını və vəziri Usub bəyin igid oğlu Eyyub bəy kütlə içindən çıxaraq rus zabitini öldürmüşdü. Həşim bəy iş dalınca İrana gedir və bir daha geri qayıtmır. Ailənin tək övladı olan Yusif bəy anası Bəşirət xanımın himayəsində böyümüşdür. O, dövrünün ən qabaqcıl maarifpərvər qadınlarından idi. Onu da qeyd edim ki, Bəşirət xanım Üzeyir bəy Hacıbəyovun atası Əbdülhüseyn bəyin bibisidir.
Bu maarifpərvər qadın Gəncədə xüsusi rus məktəbinin açılmasında fəal iştirak edib. Həmin məktəb Cavad xanın dəftərxanasında fəaliyyət göstərib. Məktəbdə cəmisi 7 şagird oxuyurdu. Onlardan dördü erməni, ikisi yəhudi, biri isə Yusif bəy idi. Müəllimlər Tiflisdən gəlirdilər. Peterburqda oğlunu universitetə qoymaq üçün Bəşirət xanım Gəncə qubernatorunun verdiyi sənəd əsasında Rusiya imperatoru II Aleksandrın qəbuluna getmişdir. Yusif bəyi anası ilə birlikdə imperatorun qardaşı qəbul edib və Yusif bəy Peterburq universitetinin hüquq fakültəsinə qəbul olunur. Ali təhsil aldıqdan sonra Gəncəyə qayıdır. Lakin xaçpərəst olmadığına görə ən aşağı işlərdən birinə - Yelizavetpol (Gəncə) qəza məhkəməsinə tərcüməçi vəzifəsinə işə götürüb. Nənəmin söylədiyinə görə, dadam həmişə deyirmiş ki, müstəqillik əldə etməsək, övladlarımıza gün-güzəran yoxdur. Nənəm xatırlayırdı ki, Hacıkənddəki ikimərtəbəli yaylaq evimizə arabir Gəncənin sayılıb-seçilən adamları yığışardı. İstiqlal, müstəqillik, muxtariyyat haqqında çoxlu söhbətlər gedərdi. Hacıkənddə qubernatorun da yaylağı var idi. Qubernatora çuğullayırlar ki, Yusif bəyin evində yığıncaqlar keçirilir. O, əlaltıları olan ermənilərə göstəriş verir ki, evi yandırsınlar. 1905-ci ilin yanvarında ermənilər həmin evi yandırırlar. Tale elə gətirdi ki, mən çox illər sonra yanğının bilavasitə törədicilərindən birinin etirafını öz dilindən eşitdim. 1964-cü ildə Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsi məni Hacıkənddəki "İnşaatçılar" pioner düşərgəsinə rəis göndərdi. Çaykənd kəndindən olan 80 yaşlı erməni Levon da düşərgədə ocaqçı işləyirdi. Bir gün Levon mənə danışdı ki, 1905-ci ildə Gəncə qubernatoru atamı yanına çağırdı. O vaxt 21 yaşım var idi. Atamla bərabər mən və əmim oğlu da qubernatorun qəbulunda olduq. Qubernator bizə Yusif bəyin Hacıkənddəki evinə od vurmağı tapşırdı. Tapşırığa elə həmin günün axşamı əməl olundu. Sonradan yandırılmış evin birinci mərtəbəsini Yusif bəy bərpa etdirib. Sovet vaxtı bu evin bir hissəsində mülki müdafiə komitəsi yerləşdi. 1905-ci ildə, erməni quldurlarının fəallaşdığı bir vaxtda, Yusif bəy, oğlu Həmid bəy, dostu və qohumu, millət atası sayılan Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədli qərara gəlirlər ki, bərpa edilmiş evdə "Türk sosial-federalist inqilabı" adlı komitə yaratsınlar. İntibahnamə hazırlansın, çap edilsin və kütlələr arasında paylanılsın. Elə də oldu. Həmin təşkilat Azərbaycana muxtariyyat verilməsi və Rusiyanın federativ şəkildə qurulması ideyasını qoyan ilk siyasi qüvvə oldu. Komitənin əsasında "Qeyrət" təşkilatı yaradıldı. Bəzi sənədlərdə "Tatar sosialistlər, federalistlər, inqilabçılar partiyası" adlanan təşkilatın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədov və Həmid bəy Yusifbəyli daxil idilər. El ağsaqqalı Ələkbər bəy Rəfibəyli həmin partiyanın rəhbərliyinin Həmid bəy Yusifbəyliyə tapşırılmasını təklif etmişdi. "Qeyrət" partiyası Gəncə məkanında çoxlu işlər görməsinə baxmayaraq, çarizmin fitvası ilə 1905-ci ildə erməni-daşnak quldurları tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədildi. Soyqırımların qarşısını almaq məqsədi ilə Əhməd bəy Ağayev 1906-cı ildə Şuşada "Difahi" partiyası yaratdı. Onu da qeyd edək ki, "Difahi" ən çox Gəncə və Gəncə quberniyasında fəaliyyət göstərirdi. "Difahi"nin Gəncə təşkilatının sədri Mirzə Məhəmməd Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Yusif bəy və Həmid bəy Yusifbəylilər, Ələkbər bəy və Ələsgər bəy Xasməmmədli qardaşları, Həsən bəy Ağayev, Məhəmməd Hüseyn Rəfiyev təşkilatın ən fəal üzvləriydi. Onu da qeyd edim ki, Həsən bəy Ağayevlə Xasməmmədlilər Yusif bəyin qohumları idi. İstər "Qeyrət", istərsə "Difahi" partiyasının əsasən gizli yığıncaqları Yusif bəyin Hacıkənddəki "Lemsə bulağı" deyilən yerdəki yaylaq evində keçirilirdi. Çünki bu ev nisbətən gözdən-qulaqdan uzaq ərazidə yerləşirdi. "Difahi"nin Mərkəzi Komitəsi Bakıda olsa da, Gəncə təşkilatı daha nüfuzlu və fəal idi. Bu təşkilata ilk dəfə Mirzə Məhəmməd Pişnamazzadə sədrlik edib. M.M.Pişnamazzadə "Difahi"dəki fəaliyyətinə görə Kazan şəhərinə sürgünə göndərilir. Bundan sonra "Difahi"yə millətimizin qəhrəman oğlu Ələkbər bəy Rəfibəyli sədrlik edir. Təşkilata Həmid bəy Yusifbəyli, Ə.Xasməmmədov, Məşədi Əli Rəfiyev, M.Qazıyev, Molla İsmayılzadə, Q.M.Həmzəyev daxil idi. "Difahi"nin əsas məqsədi ermənilərin rusların köməkliyi ilə azərbaycanlılara qarşı törətdikləri zorakılığın və soyqırımın qarşısını almaq idi. Xalq arasında bu təşkilat "Qisas" kimi də adlanırdı. Erməni terrorunun qarşısını almaqda, eləcə də erməni qatillərini cəzalandırmaqda qorxmaz, igid, qaçaq Dəli Alının fəaliyyəti böyük olub. Dəli Alının adı eşidiləndə erməni cəlladları lərzəyə düşərmiş. "Difahi"nin fəaliyyəti nəticəsində demək olar ki, Gəncədə erməni terroruna son qoyuldu. 1917-ci il fevral inqilabından sonra Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə "Qeyrət" siyasi arenaya yeni ad altında - "Türk-ədəmi-mərkəziyyət" partiyası kimi daxil oldu. Bundan sonra Yusif bəy siyasi fəaliyyətini dayandırıb. Nənəm deyirdi ki, dadam Yusif bəy çox xeyirxah, kövrək adam idi. Hamıya əl tuturdu, köməkliyini əsirgəmirdi. Söyləyirdi ki, məhləmizə bitişik olan ev bizimki idi. Həmin evdə məməmiz (dayə) ailəsi ilə yaşayırdı. Dayənin əri bir Novruz bayramı axşamı Yusif bəyə çuxa bağışlayır. Yusif bəy cavab olaraq dayənin ərinə deyib ki, sən mənə çuxa bağışladın, mən də sənə olduğunuz evi bağışlayıram. Gəncə toxuculuq kombinatının ərazisi, yeni İrəvan qəsəbəsinin sahəsi, "Quruqov" adlanan torpaqlar, Gəncənin kənarındakı Quşqara deyilən yerdəki ağ torpaqlar Yusif bəyə məxsus olub. MTN-in arxiv sənədlərindən məlum olur ki, şəhərin kənarında Yusif bəyin kərpic zavodu da olub. Yusif bəy Gəncədə üç kəhriz çəkdirib. Həmin kəhrizlərdən biri bizim yaşadığımız Yusif bəyin məhləsində, biri toxuculuq kombinatının ərazisində, biri isə yeni İrəvan qəsəbəsi yerləşən yerdə çəkilib. 1960-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərən kəhrizlər baxımsızlıqdan batıb. Yusif bəy uzun sürən xəstəlikdən sonra 1922-ci ildə vəfat edib. Ölümünün sürətlənməsinə səbəb isə Nəsib bəyin qətl edilməsi xəbərini eşitməsi olub. Bundan sonra isə Yusifbəylər Sovet hakimiyyətinin təqiblərinə məruz qalır. Yalnız 1922-ci ildə Yusif bəyin 23 yaşlı gənc oğlu Eyyub bəy iki dəfə həbs olunub. Üçüncü dəfə 1927-ci ildə Gəncə üsyanında iştirakına görə həbs edilib. Sibirə də, hələ çarizm dövrünün məşhur cəzaçəkmə düşərgəsi kimi tanınan, Salavki adalarının Konq adasındakı qazamatına salınıb. Eyyub bəy 1933-cü ildə həbsdən buraxılıb. Təkrar həbsdən yayınmaq üçün gizli həyat tərzi keçirir. Faydası olmur. 1948-ci ildə təzədən həbs edilərək onu Sibirə sürgün ediblər. 1956-cı ildə vətənə qayıdır və bəraət alır. 1966-cı ildə Gəncədə dünyasını dəyişir. Yusif bəyin oğlu Həmid bəy də 1931-ci ildə Sovet DTK-nın hədəfində olub. Bir müddət DTK-nın təcridxanasında saxlanılan millət fədaisi azadlığa buraxılır. Buraxılandan bir qədər sonra - 1942-ci ildə yenidən həbs edilir və Bakı türməsində vəfat edir.
Rafat CUVARLİNSKİ, Yusif bəyin qızının nəvəsi, onun varisi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.